Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) İnformasiya Texnologiyaları avadanlıqlarının və proqram təminatı lisenziyalarının satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq mümkündür.
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən keçirilən tender aşağıdakı malların satınalınmasını əhatə edir:
• İnformasiya texnologiyaları avadanlıqları;
• proqram təminatı lisenziyaları.
Satın alınacaq mallar Bakı şəhəri, Neftçilər prospekti, 24 nömrəli ünvanda yerləşən ARDNF-ə çatdırılmalıdır.
Tender prosedurları 14 sentyabr 2012-ci il, yerli vaxtla saat 11.00-da ARDNF-in yerləşdiyi Bakı şəhəri, Neftçilər prospekti, 24 nömrəli ünvanda tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
• tenderdə iştirak etmək üçün ərizə;
• podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
• podratçının ixtisas göstəricilərinə dair məlumat;
• tender təklifi (tender təklifi qiymətinin 3 faizi həcmində tender təklifinin təminatı (bank təminatı) ilə birlikdə);
• podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.
Podratçılardan tələb olunan sənədlər 5 sentyabr 2012-ci il, yerli vaxtla 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 13 sentyabr 2012-ci il, yerli vaxtla 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1004, Bakı şəhəri, Neftçilər prospekti, 24 nömrəli ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.
Podratçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün informasiya texnologiyaları sahəsində ən azı 5 illik təcrübənin, müvafiq sahədə həyata keçirilmiş 3-5 layihənin olması, texniki və maliyyə imkanları, idarəetmə səriştəsi kimi meyarlara üstünlük veriləcəkdir.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
Əsas şərtlər toplusu və satın alınacaq malların tam siyahısı tenderdə iştirak edən podratçılara təqdim ediləcəkdir.
Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.
Tenderlə əlaqədar suallar və sorğular [email protected] ünvanlı elektron poçta və ya (+99412) 4981760 nömrəli faksa (əlaqələndirici şəxslər Ülvi Abdullayev, Elnur Sultanov) göndərilə bilər. Əlaqə telefonu: (+99412) 4987733, (daxili 111, 117)

{nl}

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında