"Azərbaycan Respublikasının altı (6) rayonunda (Daşkəsən, Gədəbəy, Qazax, Samux, Astara və Tərtər) Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Proqramına Dəstək" layihəsi

AZE0040
Azərbaycan Respublikası İslam İnkişaf Bankı ilə "Azərbaycan Respublikasının altı (6) rayonunda (Daşkəsən, Gədəbəy, Qazax, Samux, Astara və Tərtər) Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Proqramına Dəstək" layihəsi çərçivəsində imzalanan İstisna Sazişi ilə 200.05 milyon ABŞ dolları vəsait almışdır və əldə olunan vəsait layihə çərçivəsində satın alınacaq mallar üçün ödəniş, işlər, digər xidmətlər və məsləhətçi xidmətlərinə tətbiq olunacaq.
Layihəyə aşağıdakılar daxildir:
1. Tikinti işlərinin satınalınması:
1.1 Daşkəsən rayonu üzrə tikinti işləri paketi (su şəbəkəsi, kanalizasiya sistemləri, su təmizləyici qurğu, genişləndirilmiş aerasiyalı aktiv lil təmizləyici qurğu);
1.2 Genişləndirilmiş aerasiyalı aktiv lil təmizləyici qurğu işləri üzrə paket (5 rayonda)
1.3 Gədəbəy rayonu üzrə tikinti işləri paketi (müxtəlif su şəbəkələri, kanalizasiya sistemləri, su təmizləyici qurğu);
1.4 Qazax rayonu üzrə tikinti işləri paketi (müxtəlif su şəbəkələri, kanalizasiya sistemləri, su təmizləyici qurğu);
1.5 Samux rayonu üzrə tikinti işləri paketi (müxtəlif su şəbəkələri, kanalizasiya sistemləri, su təmizləyici qurğu);
1.6 Tərtər rayonu üzrə tikinti işləri paketi (müxtəlif su şəbəkələri, kanalizasiya sistemləri, su təmizləyici qurğu);
1.7 Astara rayonu üzrə tikinti işləri paketi- bu paket üzrə işlər Azərbaycan Respublikası Hökuməti tərəfindən maliyyələşdiriləcək və işlər yerli satınalma prosedurlarına müvafiq olaraq həyata keçiriləcəkdir.
2. Məsləhətçinin seçilməsi- məsləhətçinin seçilməsi prosesi başa çatdırılmışdır.
Paket 1.1 və 1.2-nin satınalınması İslam İnkişaf Bankının malların və işlərin satınalınması üzrə təlimatında göstərilən beynəlxalq rəqabətli tender (BRT) yolu ilə həyata keçiriləcək və təlimatda göstərilən bütün müvafiq iddiaçılara açıqdır. Paket 1.3 və 1.6-nın satınalınması İslam İnkişaf Bankının malların və işlərin satınalınması üzrə təlimatında göstərilən İslam İnkişaf Bankına üzv olan ölkələr (ÜÖ) arasında beynəlxalq rəqabətli tender yolu ilə həyata keçiriləcək və təlimatda göstərildiyi kimi İİB-ya üzv ölkələrdən olan iddiaçılara açıqdır.
BRT və BRT/ ÜÖ çərçivəsində müqavilə üzrə səciyyəvi satınalma bildirişləri elan olunacaq.
BRT və BRT/ÜÖ proseduru çərçivəsində keçiriləcək tenderə dəvət əldə etmək üçün məktublaşma siyahısına daxil olmaq və əlavə məlumat əldə etmək istəyənlər aşağıdakı şəxslə əlaqə saxlamalıdırlar:
Azərbaycan Respublikası, Bakı AZ1012
Moskva prospekti 67, "Azərsu" ASC
Tenderlərin təşkili və idarə olunması departamentinin rəisi Madər Quliyev.
Tel: +994 50 262 02 66
Fax: +994 12 430 2911
E-mail: [email protected]

{nl}

Qeyd: Layihə və ya satınalma ilə bağlı hər hansı bir əlavə məlumat lazım olduğu təqdirdə İslam İnkişaf Bankı ilə deyil, layihə agentliyi ilə əlaqə saxlamaq lazımdır.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında