Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2001-ci il tarixli 558 №-li fərmanına uyğun olaraq hər il sentyabrın 20-də Neftçilərin peşə bayramı respublikada geniş miqyasda qeyd olunur. Bu münasibətlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azərbay

1. Müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, rəngkarlıq əsərləri vasitəsi ilə Azərbaycan Respublikasının təbiətini, tarixini, mədəniyyətini və iqtisadiyyatının inkişafını tərənnüm etməlidir.
2. Müsabiqəyə təqdim olunacaq əsərlərə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, ARDNŞ-in, Azərbaycan Rəssamlar İttifaqının nümayəndələrindən və tanınmış rəssamlardan ibarət münsiflər heyəti tərəfindən baxış keçiriləcəkdir.
3. Müsabiqənin qalibləri açıq səsvermə yolu ilə müəyyən edilir. Səsvermənin nəticələri münsiflər heyətinin rəyi əsasında müəyyənləşdiriləcəkdir.
4. Mükafat 3 nominasiyada verilir:
birinci yer: 6 min manat məbləğində olan bir mükafat;
ikinci yer: hər biri 3 min manat məbləğində olan iki mükafat;
üçüncü yer: hər biri 2 min manat məbləğində olan üç mükafat.
Müsabiqənin ümumi mükafat fondu 18 min manat təşkil edir.
5. Münsiflər heyətinin qərarı ilə həvəsləndirici mükafatlar da verilir.
6. Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətində yaradılmış təşkilat komitəsinə (ünvan: Az 1000, Neftçilər prospekti, 73, tel.: 521-00-88, 521-03-69, e-mail: [email protected]; [email protected]) və http://www.socar.az/neftmuzeyi/elanlar.html saytına müraciət etməklə müsabiqəyə dair məlumat əldə edə bilərlər.
7. Müsabiqədə iştirak etmək üçün ərizə - "iştirakçı vərəqi" 16 iyul 2012-ci il tarixdən başlayaraq (bazar ertəsi - cümə) saat 10:00-dan 17:00-dək qəbul olunur. Ərizələrin son qəbul günü - 31 iyul 2012-ci ildir. Ərizənin nümunəsi yuxarıda göstərilən saytın səhifəsində yerləşdirilib.
8. Müsabiqənin mövzusuna, məqsəd və vəzifələrinə uyğun iş təqdim edən rəssamlar müsabiqədə iştirak edə bilərlər.
9. Müsabiqədə bir müəllif 1 (bir) rəsm əsəri ilə iştirak edə bilər.
10. Rəsm əsərləri istənilən formatda (ölçüdə) və çərçivədə olmaqla qəbul edilir.
11. Təqdim edilən rəsm əsərlərinə müəllif tərəfindən üzərində yuxarı sağ küncündə "İncəsənət enerjisi - ART energy" şüarı yazılmış, içərisində rəsm əsərinin fotoşəkili olmaqla müəllifin soyadı, adı, atasının adı, təvəllüdü, ünvanı və əlaqə telefonu göstərilən bağlı zərf əlavə olunur. İşlərin qəbulu üçün son tarix 10 sentyabr 2012-ci il saat 17:00-dır.
12. Müsabiqəyə təqdim edilən rəsm əsərləri istənilən rəngkarlıq texnikasında (quaş, sulu boya, pastel, yağlı boya, tempera) işlənilə bilər.
13. Müsabiqənin mövzusuna və şərtlərinə uyğun olmayan işlər müsabiqəyə buraxılmır.
14. Müsabiqədə qalib gələn rəsm əsərləri ARDNŞ-in mülkiyyəti hesab olunur.
15. Müsabiqədə qalib olmayan işlər müsabiqənin nəticəsi elan olunduqdan sonra müəllifin tələbinə əsasən 1 (bir) ay müddətində geri qaytarılır.
16. Müsabiqə ilə bağlı əlavə məlumatı ARDNŞ-in muzey işinin təşkili şöbəsindən əldə etmək olar. Əlaqə telefonu: (012) 521-03-69; 521-00-68.

{nl}

Təşkilat Komitəsi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında