Azərbaycan Respublikasının Mərkəzi Bankının isitmə - soyutma, havalandırma, su, kanalizasiya sistemlərinə və avadanlıqlarına texniki servis xidmətinin alınması ilə əlaqədar tender elanı

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı isitmə - soyutma, havalandırma, su, kanalizasiya sistemlərinə və avadanlıqlarına texniki servis xidmətinin alınması ilə əlaqədar açıq tender keçirir.
Tender proseduru 9 avqust 2012-ci il tarixində saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- iki nüsxə Azərbaycan dilində tender təklifi (tender təklifi 24 sentyabr 2012-ci il tarixinədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada). Bank təminatı tender təklifinin qüvvədə olma müddətindən azı 30(otuz) bank günü artıq müddətdə qüvvədə olmalıdır;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış.
3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 8 avqust 2012-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 30 iyul 2012-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 100 (bir yüz) manat məbləğində vəsait köçürməlidir: Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № 0170690001944 kod 501004, VÖEN 9900071001, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.
5. İşlərin göstərilməsinə başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən 1 (bir) il müddətində.
6. Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. Tender üzrə əlaqələndirici şəxs: Adil Sadıqov (İnzibati departamentin əməkdaşı).
Telefon: 493-11-22 (2-95).

{nl}

Tender komissiyası

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında