ELAN

"M6 Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunda Kür çayı üzərində körpünün tikintisi" layihəsi Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Mülki işlər BYİB-nın borc sazişi. 7725 AZ və BİA kredit 4615 AZ Layihə ID. Azərbaycan Magistral Avtomobil Yolu 2 layihəsi - Əlavə maliyyələşmə 2 Tenderin İlkin Seçim Mərhələsinə Dəvət
Azərbaycan Hökuməti Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası ilə imzalanmış borc sazişində nəzərdə tutulan vəsaitin bir hissəsini "M6 Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunda Kür çayı üzərində körpünün tikintisi" layihəsi çərçivəsində aparılacaq ödənişlərə sərf etmək niyyətindədir. "Azəryolservis" ASC podratçıları və ya firmaları bu layihə üzrə keçirilən tenderin ilkin seçim mərhələsinə (Predkvalifikasiya) dəvət edir.
"M6 Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunda Kür çayı üzərində körpünün tikintisi" layihəsi bir müqavilədən ibarətdir:
Kür çayı üzərində tikiləcək körpü M6 Hacıqabul- Horadiz avtomobil yolunun Kür çayı ilə kəsişməsində nəzərdə tutulmuşdur. M6 Hacıqabul- Horadiz avtomobil yolu Hacıqabul ərazisində M2 magistral avtomobil yolundan ayrılaraq Hacıqabul-Şirvan ovalığı boyunca cənub-qərb istiqamətində uzanır. Daha sonra Bəhrəmtəpədən keçərək Horadiz ərazisinə çatmamış İran sərhədi istiqamətində təxminən 40 km paralel uzanır. M6 magistral avtomobil yolu Şirvan kəndi yaxınlığında təxminən 8.1-ci km-də Kür çayı ilə kəsişir.
Tenderə dəvət 2010-cu ilin sentybar ayına ehtimal olunur.
Tenderin ilkin seçim mərhələsi Dünya Bankının təlimatlarında göstərilən prosedurlar üzrə aparılacaq: BYİB - nın borcları və BİA-nın kreditləri çərçivəsində alqı - satqı, (cari nəşr), təlimatlarda qeyd olunan bütün iddiaçılar üçün açıqdır.
Maraqlı iddiaçılar yerli vaxtla saat 9.00 - dan 17.00 - dək əlavə məlumatları aşağıda göstərilən ünvanda "Azəryolservis" ASC - dən əldə edə və tenderin ilkin seçim mərhələsi sənədlərini yoxlaya bilərlər. Maraqlanan iddiaçılar tenderin ilkin seçim mərhələsi sənədlərini yazılı müraciətnamə təqdim etməklə ingilis dilində olmaqla 150 AZN (yüz əlli) və ya bu məbləğə ekvivalent olan ABŞ dolları məbləğində vəsaiti geri qaytarılmayan iştirak haqqı kimi "Azəryolservis" ASC - nin xəzinəsinə köçürməklə və nağd ödəməklə 9 iyun 2010-cu il tarixdən başlayaraq əldə edə bilərlər. Bank hesabı aşağıda göstərildiyi kimidir:
Azərbaycan Respublikası
Beynəlxalq Bankın Nəqliyyat Filialı
SWIFT: IBAZAZ2X
Hesab Nömrəsi : 33306019449345490205 AZN
33316018409345490205 USD
İD Kodu : 9900013141
Tələb olunan təqdirdə sənədlər kuryer poçtu vasitəsilə qeyd olunmuş müddətə göndərilə bilər, lakin sənədlərin ünvana gec çatdırılmasına "Azəryolservis" ASC heç bir məsuliyyət daşımır.
Tenderin ilkin seçim mərhələsi üzrə müraciət formaları dəqiq qeyd edilmiş zərflərdə təqdim olunmalı və 28 iyul 2010-cu il tarixə saat 17.00-dək aşağıda göstərilən ünvana təqdim olunmalıdır. Sifarişçi gec təqdim olunan müraciət formasını ləğv etmək və ya qəbul etməmək hüququna malikdir.
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi
"Azəryolservis" ASC
Azərbaycan AZ 1010, Bakı, Üzeyir Hacıbəyov küçəsi 72/4
Tel: (+994 12) 493 00 45
Faks: (+994 12) 493 46 65
E-mail: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında