Maraq ifadələrinin təqdimatına dəvət

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi Kredit №7435 AZ
Daşınmaz əmlak bazarının öyrənilməsi və müştəri sorğusunun həyata keçirilməsi
1.Azərbaycan Hökuməti Dünya Bankından Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin maliyyələşdirilməsi məqsədilə kredit almışdır və onun müəyyən bir hissəsini bu məsləhətçilik xidmətləri üçün istifadə etmək niyyətindədir.
2.Azərbaycan Respublikası ilə Dünya Bankı arasında imzalanmış kredit sazişinə əsasən Azərbaycan Respublikasında "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi" həyata keçirilir. Layihənin məqsədi daşınmaz əmlak bazarını dəstəkləyən və dövlətə məxsus daşınmaz əmlakın idarə edilməsi və istifadəsi üçün müvafiq olan daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyat sistemini təmin etməkdir. Layihə aşağıdakı komponentlərdən ibarətdir:
A Komponenti: Daşınmaz Əmlakın Qeydiyyatı
B Komponenti: Dövlət Əmlakının İdarəolunması və Qeydiyyatı
C Komponenti: Xəritəçəkmə və Daşınmaz əmlak kadastrı
D Komponenti: Təlim, Siyasətin İnkişafı və Layihə İdarəçiliyi
3. Layihə çərçivəsində müştərilərin məmnunluq səviyyəsinin artması və bununla da ipoteka qeydiyyatı da daxil olmaqla bütün əməliyyatların sayında çoxalmanın müşahidə olunması gözlənilir. Bu nəticələr yeni sistemə daxil edilən daşınmaz əmlak obyektlərinin, alqı-satqı, ipoteka və icarə əməliyyatlarının sayı üzrə həyata keçiriləcək müntəzəm statistik araşdırmalar vasitəsilə təhlil olunacaq. Layihə həmçinin əmlakın qiymətindəki artımı və ipoteka krediti üzrə verilən cəmi pul məbləğlərinin təhlilini də həyata keçirəcək. Müştərilərin məmnunluq səviyyəsi müştəri sorğuları vasitəsilə təyin olunacaq. Bu nəticələrin digər iqtisadi göstəricilərlə müqayisə olunması nəticəsində layihənin Azərbaycan Respublikasının ümumi iqtisadi inkişafına nə dərəcədə təsir etdiyi də qiymətləndiriləcəkdir.
4.Həyata keçiriləcək xidmətlərə daxildir: Müştəri sorğusu keçirməkdə ümumi məqsəd layihənin təsirini və effektivliyini artırmaqdır. Aşağıda sorğunun ümumi məqsədləri verilmişdir: 1)vətəndaşlara, bələdiyyələrə, biznes qurumlarına və digər maraqlı tərəflərə müxtəlif səviyyələrdə təqdim olunan xidmətlərdən müştəri məmnunluğunu qiymətləndirmək; 2) ümumilikdə ictimaiyyətə təqdim olunan daşınmaz əmlakın qeydiyyatı xidmətlərindən nə dərəcədə razı qaldıqlarını təhlil etmək; 3) daşınmaz əmlakın qeydiyyatı sahəsindəki müxtəlif səviyyələrdə bələdiyyələr və icmalar arasında mövcud olan boşluqları və çətinlikləri müəyyən etmək və bu istiqamətdə daha məqsədyönlü kömək göstərmək.
5.Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin İdarəetmə Qrupu xidmətlərin yerinə yetirilməsində maraqlı olan müvafiq təcrübəyə malik özəl şirkətləri əməkdaşlığa dəvət edir. Maraqlanan təşkilatlar xidmətlərin yerinə yetirilməsində səriştəli olduqlarını təsdiqləyən məlumatı (oxşar tapşırıqlarda təcrübə, müvafiq kvalifikasiyaya malik olan mütəxəssislərinin olmasını (CV-lər) və s.) təqdim etməlidirlər. Qısa siyahıya daxil edilməsi üçün şirkətlərin əsas işçi heyəti aşağıda tələb olunan kvalifikasiyaya malik olmalıdır: 1) sorğu tərtibi, həyata keçirilməsi və təhlil edilməsində və ya digər tədqiqat işində ən azı 5 illik təcrübə (daşınmaz əmlak siyasəti, daşınmaz əmlak, mülkiyyət və hüquq məsələləri üzrə iş təcrübəsinə üstünlük veriləcəkdir); 2) daşınmaz əmlak hüququ, iqtisadiyyat, kadastr, statistika, ictimai əlaqələr və tədqiqat da daxil olmaqla müvafiq sahələrdə təcrübəyə malik olmalıdır; 3) məlumat toplanışı və təhlilində kvalifikasiyalı işçi heyətinin olması və s.. Məsləhətçinin layihə meneceri ölkə iqtisadiyyatı və ya müvafiq sahədə (məs. hüquq, iqtisadiyyat, sosiologiya, geodeziya mühəndisliyi, İKT, kənd təsərrüfatı) ali təhsili olmalıdır. Bununla yanaşı mürəkkəb tapşırıqları idarəetmə bacarığı, yaxşı kommunikasiya və əməkdaşlıq bacarığı olmalıdır. Komanda üzvləri də yaxşı yazılı və şifahi kommunikasiya, araşdırma və statistik təhlil bacarıqlarına malik olmalıdırlar.
6.Məsləhətçilər "BYİB kreditləri üzrə Dünya Bankının Borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və işlə təmin edilməsi" üzrə təlimatında qeyd edilmiş Dünya Bankının maraqların ziddiyyəti barədə 1.9-cu paraqrafa diqqət yetirməlidirlər.
7.Bu təyinat məqsədilə məsləhətçilik şirkətləri öz kvalifikasiyalarını artırmaq üçün digər şirkətlərlə birləşərək birgə müəssisə yarada və ya sub-məsləhətçilər cəlb edə bilərlər.
8.Məsləhətçilik şirkəti Dünya Bankının Təlimatında (May 2004 tərtib olunmuş, Oktyabr 2006 və May 2010 aylarında düzəliş aparılmış "Dünya Bankının Borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və işlə təmin edilməsi") nəzərdə tutulan prosedurlara uyğun olaraq dəqiq-büdcə metodu əsasında seçiləcəkdir.
9.Maraqlanan şirkətlər aşağıda göstərilən ünvandan həftənin bazar ertəsi-cümə günləri saat 09:00-dan 18:00-dək daha ətraflı məlumat əldə edə bilərlər.
10.Maraq ifadələri 2 iyul 2012-ci il tarixədək aşağıda göstərilən ünvana təqdim edilməlidir:
Əlaqələndirici şəxs: Elçin Fətullayev, Satınalmalar üzrə Assistent
Layihə İdarəetmə Qrupu / Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi
Ünvan: 31A Hüseyn Cavid küçəsi, Əmlak Məsələləri Dövlət Komitəsi
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası, 6-cı mərtəbə, otaq 612
Bakı, Azərbaycan
Tel: + 994 12 510 91 45 (72-27; 72-14)
E-mail: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında