Şriftin ölçüsü:
18.06.2012 11:15 | Oxunma sayı: 1833
Teymur Əhmədov adına "AZNAR" Qapalı Səhmdar Cəmiyyətinin 2011-ci il üçün
İ L L İ K H E S A B A T I
1. Teymur Əhmədov adına "AZNAR" Qapalı Səhmdar Cəmiyyəti.
2. Göyçay şəhəri, Natəvan küçəsi, 120.
3. Hesabat ili ərzində emitentin firma adında və təşkilatı hüquqi formasında heç bir dəyişiklik baş verməmişdir.
4. Hesabat ili ərzində emitentin yaranmış və ləğv edilmiş filialları və nümayəndəlikləri mövcud olmamışdır.
5. Hesabat ili ərzində emitentin yaranmış və ləğv edilmiş törəmə cəmiyyətləri mövcud olmamışdır.
6. Emitentin 32 fiziki şəxs olan səhmdarı; 1 hüquqi şəxs olan səhmdarı vardır.
7. Əhmədov Fərhad Teymur oğlu emitentin nizamnamə kapitalında 99,9027%-ə malik 7.440.594 ədəd səsli səhm sahibi olan fiziki şəxsdir.
8. Emitent "Göyçay-Toxucu" Açıq Səhmdar Cəmiyyətinin (hüquqi ünvanı: Göyçay şəhəri, Natəvan küçəsi, 118; VÖEN: 6000162701) nizamnamə kapitalında 69,4491%-ə malik 1.126.800 ədəd səsli səhmə sahibdir.
9. Emitentin sonuncu illik balansına dair auditor rəyi vardır (illik hesabata əlavə olunur).
10. Teymur Əhmədov adına "AZNAR" Qapalı Səhmdar Cəmiyyətinin qiymətli kağız sahiblərinin reyestri Milli Depozit Mərkəzi QSC tərəfindən aparılır.
Lisenziya: Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi № 110, 12.02.2010; Ünvan: Bakı şəhəri, Bülbül prospekti, 19.
11. Emitentin səhmdarlarının hesabat ili ərzində keçirilmiş yığıncaqları haqqında məlumat:
1) Səhmdarların növbəti ümumi yığıncağı 11.06.2011-ci il tarixdə Göyçay şəhəri, Natəvan küçəsi, 120 nömrəli ünvanda keçirilmişdir. Səhmdarların ümumi yığıncağında aşağıdakı qərarlar qəbul edilmişdir (ümumi yığıncağın protokolu illik hesabata əlavə olunur):
1. Teymur Əhmədov adına "AZNAR" QSC-nin 2010-cu il üçün illik və maliyyə hesabatı təsdiq edilsin. Cəmiyyətin Müşahidə Şurasına və baş direktoruna qanunla müəyyən edilmiş qaydada kütləvi informasiya vasitəsi ilə cəmiyyətin illik və maliyyə hesabatlarını dərc etdirməyi, o cümlədən Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müvafiq illik hesabatın və məlumatın verilməsi həvalə edilsin.
2. Cəmiyyətin müşahidə şurasının aşağıdakı üzvlərinin səlahiyyətlərinə xitam verilsin və onlar Müşahidə Şurasının üzvlüyündən xaric edilsinlər:
1.Vasiliy Nikolayeviç İstratov;
2.Serqey Aleksandroviç Prokofyev.
Cəmiyyətin müşahidə şurasının üzvlüyünə yeni şəxslərin seçilməsi yolu ilə onun Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
1.Fərhad Teymur oğlu Əhmədov - müşahidə şurasının sədri;
2.Nail Murad oğlu Şahverdiyev - müşahidə şurası sədrinin müavini;
3.Fazil Şiralı oğlu Əhmədov - müşahidə şurasının üzvü;
4.Aleksandra Vladimirovna Vasilyuk - müşahidə şurasının üzvü;
5.Leyla İlqizarovna Muxtarova - müşahidə şurasının üzvü;
6.Vladimir Nikolayeviç Smolkin - müşahidə şurasının üzvü.
3. 5 noyabr 2011-ci il tarixdə "AZNAR" QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında cəmiyyətin əsas səhmdarı Əhmədov Fərhad Teymur oğluna 100% payda məxsus olan "Baku Kaspian Lənd Limited" MMC-yə məxsus torpaq sahələrinin əsas səhmdar Fərhad Əhmədovdan pay haqqı olaraq "AZNAR" QSC-yə nizamnamə kapitalına qəbul olunmuş barədə qəbul edilmiş qərarın icrasının mümkünsüzlüyünə dair cəmiyyətin müşahidə şurasının sədr müavini Nail Murad oğlu Şahverdiyevin məlumatı nəzərə alınsın.
"Teymur Əhmədov adına "AZNAR" QSC-nin əsas səhmdarı Fərhad Teymur oğlu Əhmədova 100% hissədə məxsus olan hüquqi şəxs - "Baku Kaspian Lənd Limited" MMC-nin "AZNAR" QSC-yə qoşulmasına razılıq verilsin.
Qanunvericiliklə müəyyən edilmiş qaydada bu barədə qərar qəbul edildikdən sonra digər zəruri tədbirlər həyata keçirilsin.
2) Səhmdarların növbədənkənar ümumi yığıncağı 14.11.2011-ci il tarixdə Göyçay şəhəri, Natəvan küçəsi, 120 nömrəli ünvanda keçirilmişdir. Səhmdarların Növbədənkənar Ümumi Yığıncağında aşağıdakı qərarlar qəbul edilmişdir (ümumi yığıncağın protokolu illik hesabata əlavə olunur):
1. "Baku Kaspian Lənd Limited" MMC-nin təsisçisi tərəfindən 27 iyun 2011-ci il tarixdə qəbul edilmiş qərarı və "Baku Kaspian Lənd Limited" MMC tərəfindən Teymur Əhmədov adına "AZNAR" QSC-yə ünvanlanmış müraciət nəzərə alınsın.
Teymur Əhmədov adına "AZNAR" QSC-nin nizamnamə kapitalının "Baku Kaspian Lənd Limited" MMC-nin formalaşmış nizamnamə kapitalı hesabına artırılması yolu ilə cəmiyyətin əsas səhmdarı Əhmədov Fərhad Teymur oğluna məxsus olan və onun tək təsisçiliyi ilə təsis edilmiş (yaradılmış) "Baku Kaspian Real İsteyts Limited" MMC-nin tək təsisçiliyi ilə təsis edilmiş (yaradılmış) "Baku Kaspian Lənd Limited" MMC-nin Teymur Əhmədov adına "AZNAR" QSC-yə qoşulması təsdiq edilsin.
Cəmiyyətin səhmlərinin üçüncü emissiyası haqqında qərar qəbul edilsin, bununla bağlı Azərbaycan Respublikası qanunvericiliyi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş bütün zəruri prosedurlar həyata keçirilsin, Azərbaycan Respublikası Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi, Milli Depozit Mərkəzi, digər aidiyyatı təşkilatlar, KİV-ə açıqlamanın təmin edilməsi, müvafiq hesabatların, sənədlərin, arayış və çıxarışların təqdim edilməsi (alınması) cəmiyyətin icra orqanına (baş direktoruna Əhmədov Fərəc Teymur oğluna) həvalə edilsin.
Emitentin tam adı və olduğu yer: Teymur Əhmədov adına "AZNAR" Qapalı Səhmdar Cəmiyyəti; AZ 2300, Göyçay şəhəri, Natəvan küçəsi, 120.
Qərarın qəbul edilməsi tarixi: 14 noyabr 2011-ci il
Qərarı qəbul etmiş emitentin idarəetmə orqanının adı: səhmdarların ümumi yığıncağı.
Qiymətli kağızların növü və forması: adi, adlı, sənədsiz səhm.
İnvestisiya qiymətli kağızların sayı: 100 (yüz) ədəd.
İnvestisiya qiymətli kağızların nominal dəyəri: 2,00 (iki) manat.
Buraxılışa daxil olan qiymətli kağızların sayı və ümumi məbləği: 100 (yüz) ədəd; 200,00 manat.
Qiymətli kağızların yerləşdirilməsi qaydası:
Səhmlər xüsusi olaraq "Baku Kaspian Real İsteyts Limited" MMC üçün emissiya edilir və üçüncü emissiya nəticəsində buraxılan səhmlər "Baku Kaspian Real İsteyts Limited" MMC-nin mülkiyyəti olacaqdır.
Səhmlərin yerləşdirilməsinin başlanma və başa çatma tarixləri: səhmlərin yerləşdirilməsi onların buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra başlanılsın və bir ay müddətinə başa çatdırılsın.
Səhmlərin dəyərinin ödənilməsi şərtləri və qaydası: səhmlərin dəyəri səhmlərin emitenti olan hüquqi şəxsə "Baku Kaspian Real İsteyts Limited" MMC-nin tək təsisçiliyi ilə yaradılmış "Baku Kaspian Lənd Limited" MMC-nin qoşulması nəticəsində "Baku Kaspian Lənd Limited" MMC-nin payları hesabına ödənilir.
Bir qiymətli kağızla təsbit olunan hüquqlar:
cəmiyyətin idarə edilməsində qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;
qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin fəaliyyətinə dair məlumat almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;
cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;
cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;
cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;
cəmiyyətin fəaliyyətinin auditor tərəfindən yoxlanılmasını tələb etmək;
cəmiyyətin xalis mənfəətindən dividend almaq;
cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq;
qanunvericiliklə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.
Qiymətli kağızların sahibləri qarşısında emitentin öhdəlikləri:
Cəmiyyətin səhmdarlarına qanunvericiliklə verilmiş olan və bu qərarda təsbit olunan hüquqlardan tam həcmdə istifadə etməyə şərait yaratmaq.
Qoşulma faktı ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.5. maddəsinə müvafiq olaraq Teymur Əhmədov adına "AZNAR" QSC-nin yenidən təşkili həyata keçirilsin, bunula əlaqədar təhvil aktının imzalanması cəmiyyətin baş direktoruna və baş mühasibinə həvalə edilsin.
Cəmiyyətin yenidən təşkili və qoşulma faktlarının hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınması Teymur Əhmədov adına "AZNAR" QSC-nin baş direktoru F.T.Əhmədova tapşırılsın.
2. Teymur Əhmədov adına "AZNAR" QSC-nin müşahidə şurası ləğv edilsin.
Həmin faktın qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınması Teymur Əhmədov adına "AZNAR" QSC-nin baş direktoru F.T. Əhmədova tapşırılsın.
3. Teymur Əhmədov adına "AZNAR" QSC- nin nizamnaməsi üçüncü redaksiyada təsdiq edilsin.
Cəmiyyətin nizamnaməsinin üçüncü redaksiyasının qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınması Teymur Əhmədov adına "AZNAR" QSC-nin baş direktoru F.T. Əhmədova tapşırılsın.
4. "AZNAR" QSC-nin səhmdarlarının mülkiyyətində olan və onlar tərəfindən satılması nəzərdə tutulmuş səhmlər satışa çıxarıldıqda AR MM-nin 101.1 maddəsinin tələblərinə əsasən satınalmada üstünlük hüququna malik olan şəxslər tərəfindən üstünlük hüququndan istifadə edilmədikdə cəmiyyət tərəfindən həmin səhmlərin geri alış qiyməti hər bir səhm üçün 10 (on) manat müəyyən edilsin.
Bu qərarın icrası ilə əlaqədar zəruri tədbirlərin görülməsi Teymur Əhmədov adına "AZNAR" QSC-nin baş direktoru F.T.Əhmədova həvalə edilsin.
12. Hesabat ili ərzində emitent tərəfindən investisiya qiymətli kağızlar buraxılmamışdır.
12.1. Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə dividendlər ödənilməmişdir.
12.2. İstiqrazlar buraxılmamışdır.
13. Teymur Əhmədov adına "AZNAR" Qapalı Səhmdar Cəmiyyətinin dövriyyədə olan qiymətli kağızların (səhm) ilk buraxılışı 11.05.1998-ci il tarixdə qeydiyyata alınmışdır.
13.1. Qiymətli Kağızların növü: adi adlı səhm.
13.2. Qiymətli Kağızların ilk buraxılışı: Dövlət qeydiyyat nömrəsi: 689; qeydiyyat tarixi: 11.05.1998.
13.3. Qiymətli Kağızların miqdarı: 1021919 ədəd; nominal dəyəri 2 manat.
13.4. Qiymətli Kağızların məcmu nominal dəyəri 2043838 manat təşkil edir.
13.5. Emitent tərəfindən həyata keçirilmiş səhmlərin əlavə emissiyası:
13.5.1. Əlavə buraxılmış səhmlərin növü: adi adlı səhm.
13.5.2. Səhmlərin əlavə buraxılışının Dövlət qeydiyyat nömrəsi: AZ100100728P; qeydiyyat tarixi: 30.04.2010.
13.5.3. Əlavə buraxılmış səhmlərin miqdarı 6425923 ədəd; nominal dəyəri 2 manat.
13.5.4. Əlavə buraxılmış səhmlərin məcmu nominal dəyəri 12851846 manat təşkil edir.
13.6. Emitent tərəfindən hesabat ili ərzində səhmlərin emissiyası həyata keçirilmişdir.
13.6.1. Əlavə buraxılmış səhmlərin növü: adi adlı səhm.
13.6.2. Səhmlərin əlavə buraxılışının Dövlət qeydiyyat nömrəsi: AZ100100728P; qeydiyyat tarixi: 26.12.2011.
13.6.3. Əlavə buraxılmış səhmlərin miqdarı 100 ədəd; nominal dəyəri 2 manat.
13.6.4. Əlavə buraxılmış səhmlərin məcmu nominal dəyəri 200 manat təşkil edir.
13.7. Qiymətli Kağızların hazırda olan miqdarı 7447942 ədəd; nominal dəyəri 2 manat.
13.8. Qiymətli Kağızların məcmu nominal dəyəri 14895884 manat təşkil edir.
14. "AZNAR" QSC tərəfindən hesabat ili ərzində istiqrazların emissiyası həyata keçirilməmişdir.
15. Emitentin kreditor borcları: 31.12.2011-ci il tarixə: 15.233.174,02 manat
Emitentin debitor borcları: 31.12.2011-ci il tarixə: 3.578.902,10 manat.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.