Şriftin ölçüsü:
09.06.2012 10:54 | Oxunma sayı: 659
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:
№ İstiqamətin adı Təklif olunan mövzular
1. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu 1) İnsan hüquqlarının təminatı ali məqsəddir (27 dekabr 2011-ci il tarixli "İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı" əsasında) 2) Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu3) Ədalət mühakiməsinin səmərəli təşkilinə xidmət edən məhkəmə-hüquq islanhatları
2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi 1) Söz azadlığı və jurnalistlərin peşə davranışı normaları: xarici və yerli təcrübə2) Jurnalistlərin informasiya əldə etmək hüququnun qanunverici əsasları3) Kütləvi informasiya vasitələrində cəmiyyətin informasiya təhlükəsizliyinin qorunması
3. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi 1)" Şuşasız 20 il"2) Qondarma "erməni soyqırımı" iddiaları tarixi saxtalaşdırmaq cəhdidir3) Dağlıq Qarabağ həqiqətləri qlobal informasiya məkanında
4. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi 1) İnkişafın Azərbaycan modeli: regionların sosial-iqtisadi inkişafı 2) Regionların tarixi məşğulluq ənənələri bərpa olunur (Konkret rayonun nümunəsi əsasında)3) Azərbaycanda nəhəng infrastruktur layihələri regional inkişafa təkan verir
5. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi 1) Medianın inkişafında İKT-nin rolu2) Azərbaycanda informasiya cəmiyyəti quruculuğu: elektron hökumət3) Azərbaycanda kosmik sənayenin inkişaf perspektivləri
6. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı 1) 2012-ci il "İdman ili"dir: fiziki və mənəvi kamilləşməyə aparan yol2) Azərbaycan idmançıları beynəlxalq olimpiya hərəkatında 3) Azərbaycanı dünyada tanıdan xüsusi istedadlı gənclər
7. Elm və təhsilin inkişaf etdirilməsi 1) Təhsildə novatorluq: yeni müasir nailiyyətlərin tətbiqi;2) Təhsil və media: qarşılıqlı əlaqələrdə ictimai fayda;3) Təhsil sahəsində beynəlxalq əməkdaşlığın təbliği;
8. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi 1) Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyəti2) Azərbaycan regionun və Avropanın mühüm enerji təminatçısıdır3) Azərbaycan beynəlxalq təşkilatlarda milli maraqlarını uğurla təmin edir
9. Diaspor quruculuğu, lobbiçilik
və dünya azərbaycanlılarının həmrəyliyi 1) Azərbaycançılıq ideologiyası: tarixdən müasirliyə2) Xaricdəki diaspor təşkilatlarımız Azərbaycanı necə tanıdır3) Milli birlik və həmrəyliyə xidmət edən dövlət siyasəti
10. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması 1) Möhkəm ailə sağlam cəmiyyətin təməlidir2) Ailə dəyərləri və media3) Məişət zorakılığı sosial problem kimi
Müsabiqədə iştirak
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1. Yazı Fond tərəfindən elan edilmiş mövzulardan birinə uyğun olmalıdır.
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
4. Yazı Azərbaycan dilində dərc olunmalıdır (xarici dildə nəşr olunan mətbuat orqanlarında dərc edilmiş yazılar Azərbaycan dilinə tərcümə olunmuş şəkildə Fonda təqdim edilməlidir).
5. Yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.
QEYD: Region mətbuatında çalışan jurnalistlər öz yazılarını işlədiyi region mətbuatında və ya müsabiqənin qaydalarında nəzərdə tutulan digər mətbu orqanlarda dərc edə bilərlər.
Tələb olunan sənədlər
1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti.
2. Şəxsi VÖEN və surəti.
3. Şəxsi bank rekvizitləri.
4. Şəxsiyyət vəsiqəsi və surəti
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.
Müsabiqəyə təqdim olunmuş yazıların qiymətləndirmə meyarları:
- mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.
Hər mövzu üzrə 3 qalib müəyyən edilir; 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.
Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 25-dən aşağı bal toplayan iştirakçı qalib ola bilməz.
Qaliblər fondun xüsusi diplomu və 1000 (bir min) manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar.
Yazılar A3 formatda 1 səhifədən ( 9-11 min işarə) çox olmamalıdır.
Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə),
A4 formatda çap (3 nüsxə)
Elektron variant(Times New Roman 12 şriftində, diskdə) Fonda təqdim olunmalıdır.
Təqdim olunan yazılar və sənədlər geri qaytarılmır.
Nəticələr 22 iyul 2011-ci il tarixədək elan ediləcək.
Yazılar və sənədlərin qəbulu 7 iyun 2012-ci il tarixində başlayır və 16 iyul 2012-ci il tarixdə başa çatır. Sənədlər rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Fonda şəxsən təqdim olunmalıdır.
İştirakçı haqqında məlumat (müəllif tərəfindən doldurulur):
Yazının aid olunduğu istiqamət
Adı, soyadı, atasının adı
Mətbuatda təxəllüsü (əgər varsa)
Ünvanı və poçt indeksi
- iş telefonu
- ev telefonu
- mobil telefonu
- elektron poçt ünvanı
Şəxsin imzası ________________
Sənədlərin təqdim olunma tarixi: "____"__________ 2012-ci il
{nl}
Əlavə məlumat üçün Fondun ofisinə müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, Mətbuat pr., 529 m
Telefon: 537-19-41, 537-19-45.
www.kivdf.gov.az
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.