AZƏRBAYCAN RESPUBLİKASI Kredit müqaviləsi № AZB-P4

AZƏRBAYCAN RESPUBLİKASI Kredit müqaviləsi № AZB-P4
"Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" ixtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsi üçün
D Ə V Ə T
Bakı şəhəri, 8 iyun, 2012-ci il
№. JICA.AZB P-4.N/C-3
1. Azərbaycan Respublikası Hökuməti "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nin maliyyələşdirilməsi üçün Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən kredit almışdır (29 may 2009-cu il tarixli, AZB P-4 nömrəli kredit müqaviləsi). Kredit vəsaitlərinin bir hissəsinin bu dəvətin predmeti olan işlərin icrasına xərclənməsi nəzərdə tutulur.
2. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "Sifarişçi") aşağıda qeyd olunmuş paket üzrə işləri yerinə yetirməyə iddialı olan podratçıları və yaxud firmaları ixtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsi üçün müsabiqədə iştiraka dəvət edir:
Paket N3: Qusar şəhərinin su və kanalizasiya şəbəkələrinin yenidənqurulması.
Bu paket üzrə yerinə yetiriləcək iş həcmi mal və materialların təchiz edilməsindən, habelə aşağıdakı layihə komponentlərinin tikintisindən ibarətdir:
(1) Qusarın su təchizatı sistemi
- Su ötürücü/su paylayıcı şəbəkə (HDPE, Dia. 90-225 mm x 97.4 km) və su anbarı (500m3 x2)
- Ev birləşmələri və hidrant
(2) Qusarın kanalizasiya şəbəkəsi
- Kanalizasiya şəbəkəsi və magistral kollektor (HDPE, Dia. 200-500mm, 80.1km)
- Ev birləşmələri
(3) İnzibati tikili
- İnzibati bina
- Anbar, qaraj, sex və gözətçi otağı
3. "Müqaviləyə dəvət"in 2012-ci ilin avqust ayında baş tutması gözlənilir.
4. İddiaçıların ixtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsi üçün Yaponiyanın ODA (İnkişafa Rəsmi Yardım) kreditləri üzrə satınalma təlimatları toplusunda (oktyabr 1999) əks olunmuş qaydalar tətbiq olunacaqdır. Qeyd olunan təlimatlar toplusu bilavasitə təlimatda müəyyən edilmiş üzv ölkələrə mənsub bütün iddiaçılar tərəfindən əldə oluna bilər.
5. Maraqlanan iddiaçılar şənbə və bazar günləri istisna olmaqla, Azərbaycan vaxtı ilə saat 10:00-dan 17:00-dək aşağıda qeyd olunan ünvandan əlavə məlumat əldə edə və ya həmin ünvana gələrək ixtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsi üçün sənədləri nəzərdən keçirə bilərlər.
6. Maraqlanan iddiaçı(lar) aşağıdakı ünvana yazılı müraciət təqdim edərək və aşağıdakı hesab nömrəsinə 150 manat və ya 200 ABŞ dolları geri qaytarılmayan birbaşa depozit ödəməklə ixtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsi üçün sənədlərin tam dəstini əldə edə bilərlər.
Benefisiarın Adı: "AZERSU" ASC
INTP: 9900001751
Benefisiarın Bankı: Azərbaycan Beynəlxalq Bankı
Milli valyuta ilə hesab nömrəsi: 333020194493087118120
Xarici valyuta ilə hesab nömrəsi: 333120184093087118120
Kod: 805250
SWIFT Kodu: IBAZAZ2X
7. İxtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsi üçün müsabiqədə iştirakla bağlı ərizələr zərfə qoyulmalı, möhürlənməli və zərfin üzərində "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi: Paket N3 üzrə ixtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsi müsabiqəsində iştirak üçün ərizə" yazılmaqla 23 iyul 2012-ci ilədək aşağıdakı ünvana təqdim olunmalıdır.
İlqar Tağıyev, Xarici əlaqələr şöbəsinin rəisi
Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1012, Moskva prospekti 67
Tel: +994 12 431 4767 (4492)
Faks: +994 4302911
E-mail ünvanı: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında