Şriftin ölçüsü:
05.06.2012 05:47 | Oxunma sayı: 577
1.Azərbaycan Respublikasının Mərkəzi Bankı aşağıdakı lotlar üzrə açıq tender keçirir:
-1-ci lot üzrə tenderin predmeti Mərkəzi Bankda istismarda olan informasiya sistemlərinin proqram platformalarına əsas şərtlər toplusunun 1 №-li əlavəsində göstərilən tələblərə uyğun olaraq dəstəklənmə xidmətinin həyata keçirilməsi;
-2-ci lot üzrə tenderin predmeti Mərkəzi Bankda istismarda olan baş mühasibat sisteminin proqram platformasına əsas şərtlər toplusunun 2 №-li əlavəsində göstərilən tələblərə uyğun olaraq dəstəklənmə xidmətinin həyata keçirilməsi;
-3-cü lot üzrə tenderin predmeti Mərkəzi Bankda istismarda olan informasiya sistemlərinin texniki platformalarına əsas şərtlər toplusunun 3 №-li əlavəsində göstərilən tələblərə uyğun olaraq dəstəklənmə xidmətinin həyata keçirilməsi.
Tender proseduru 4 iyul 2012-ci il saat 15.00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2.Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
-tenderdə iştirak üçün yazılı müraciət;
-iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;
-iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);
-Bakı şəhərində servis xidmətinin mövcudluğunu təsdiq edən məlumat;
-Mərkəzi Bankın müəyyən etdiyi tələblərə oxşar olan son 2 (iki) il ərzində yerinə yetirilən xidmətlərini, müştərilərin adlarını, ünvanlarını və telefon nömrələrini əks etdirən məlumat;
-dəstəklənmə xidmətinin göstərilməsi məqsədilə müvafiq sistem və avadanlıqlar üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssisin olmasını sübut edən sənədlərin surəti;
-Azərbaycan dilində iki nüsxədə tender təklifi (tender təklifi 15 avqust 2012-ci il tarixinədək qüvvədə olmalıdır);
-tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada).
3.İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 3 iyul 2012-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 22 iyun 2012-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
4.İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına hər lot üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait köçürməlidir: Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № 0170690001944, m/h AZ74NABZ01451700000000001944, kod 501004, VÖEN 9900071001, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.
5.Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər: Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of New York, corr. account number: 021088221 AZER, account № 0170690001944.
6.Dəstəklənmə xidmətinin göstərilməsi müddəti: tender üzrə satınalma müqaviləsi imzalandığı tarixdən 1 (bir) il ərzində.
7.Qiymətləndirmə meyarları: qiymət və texniki amillər.
8.Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Fərid Osmanov (informasiya texnologiyaları departamentinin əməkdaşı).
Telefon: 493-11-22 (507),
faks: 493-83-41, elektron poçt ünvanı:
[email protected].
{nl}
Tender komissiyası
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.