Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasına 2012-ci ildə alınacaq malların satınalınması məqsədilə

A Ç I Q   T E N D E R   E L A N   E D İ R 
Tender 7 (yeddi) Lot üzrə keçirilir:
Lot - 1 Dərman və sarğı materiallarının satınalınması.
Lot - 2 Rentgen plyonkalar və tibbi vasitlərin satınalınması.
Lot - 3 Tibbi ləvazimatların satınalınması.
Lot - 4 Dezinfeksiyaedici məhlulların satınalınması.
Lot - 5 Çörək və un məmulatlarının satınalınması.
Lot - 6 Meyvə və tərəvəz məhsullarının satınalınması.
Lot - 7 Ərzaq məhsullarının satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat bağlı zərfdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.Malların təchizatı cədvəli hər ay müəyyən edilmişdir və 30 dekabr 2012-ci il tarixə kimi nəzərdə tutulmuşdur.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Səidə Əliyeva
Telefon: 012- 404- 28 -05
Ünvan: Bakı şəhəri, Y.Səfərov küçəsi, 17.
Maraqlananlar lotlar üzrə əsas şərtlər toplusunu aşağıdakı məbləğdə işitrak haqqı ödədikdən sonra yuxarıda göstərilmiş ünvandan ala bilərlər.
Lot - 1 - 950 manat
Lot - 2 - 650 manat
Lot - 3 - 70 manat
Lot - 4 - 30 manat
Lot - 5 - 20 manat
Lot - 6 - 30 manat
Lot - 7 - 60 manat
İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürülməlidir.
ABB Xətai filialı
VÖEN: 9900001881
M/H 0137010002944
Kod 805625
H/H 33302019449556761215
VÖEN 2002193681
SWİFT: İBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar tenderdə iştirak etmək üçün 25 iyun 2012-ci il saat 16.00-a kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının hüquqi statusunu təsdiq edən sənədlər: rekvizitləri, qeydiyyat şəhadətnaməsinin, nizamnaməsinin və lisenziyanın surəti;
- iddiaçının potensial imkanlarının olması haqqında texniki məlumat;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair təmin edilmiş öhdəliklərin olub-olmaması haqqında arayış.
İddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Tender təklifi 2 nüsxədə (əsli və surəti) tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı ilə birlikdə 2012-ci il iyulun 3-də saat 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Y. Səfərov küçəsi, 17 nömrəli ünvanda yerləşən Mərkəzi Neftçilər Xəstəxanasına təqdim olunmalıdır.
Tender təklifi tender proseduru keçirildiyi tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır. İddiaçıların tender zərfləri 2012-ci il iyulun 4-də saat 10.00- da açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştiak edə bilərlər.
Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında