ÖLKƏ: Azərbaycan Respublikası
LAYİHƏNİN ADI: "Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi" Layihəsi
Kredit №.: 8096-AZ
Tapşırığın adı: İcma Mikrolayihələrinin Qiymətləndirilməsi üzrə Məsləhətçi Xidmətləri
İstinad № (Satınalma Planı üzrə): CS-1, Müqavilə № SFDİ/8096-AZ/031
Azərbaycan Respublikasının Hökuməti "Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi" Layihəsi çərçivəsində Dünya Bankından maliyyə vəsaiti almışdır və alınan vəsaitlərin bir hissəsini məsləhətçi xidmətlərinə sərf etmək niyyətindədir.
Məsləhətçi xidmətləri (xidmətlər) dedikdə 16 (on altı) icma mikrolayihəsinin dəqiq qiymətləndirilməsi və layihələndirilməsi nəzərdə tutulur. İcma mikrolayihələri aşağıdakılardır:
1. Məktəbin təmiri Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 100, Ağdam rayon 35 saylı orta məktəb
2. Məktəbin təmiri Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 24, Zəngilan rayon 26 saylı orta məktəb
3. Məktəbin təmiri Sumqayıt şəhəri, 10 mkr, 24 saylı orta məktəbin binası. Qubadlı rayonu. Kavdadıq kənd orta məktəbi
4. Məktəbin təmiri Sumqayıt şəhəri, 41-ci məhəllə 4 saylı peşə liseyinin binasi, Qubadlı rayonu Dəmirçilər kənd orta məktəbi
5. Məktəbin təmiri Sumaqyıt şəhəri, Birləşmiş məhəllə, Sumqayıt avtomobil məktəbi, I mərtəbə, Zəngilan rayon, 15 saylı məktəb
6. Məktəbin təmiri Gəncə şəhəri,Avtozavod yolu, Kəlbəcər 98 saylı orta məktəb
7. Məktəbin təmiri Gəncə şəhəri, D.Qorqud 42a, Gəncə Dövlət Universitetinin yataqxanası, Kəlbəcər rayon , 9 saylı məktəb
8. Məktəbin təmiri Abşeron rayonu, Ceyranbatan qəsəbəsi yaxınlığında Qubadlı rayon A.Mollu kənd orta məktəbi
9. Məktəbin təmiri Abşeron rayonu, Nübar qəsəbəsi, Qubadlı rayonu, Xanlıq 3 saylı məktəb
10. Məktəbin təmiriAğdam rayonu, Rzalar kəndi, Rzalar kənd orta məktəbi
11. Məktəbin təmiri Yevlax rayonu, Satış-ticarət bazası, Kəlbəcər rayonu, 78 saylı məktəb
12. Məktəbin təmiri Göygöl rayonu, Şəhriyar kəndi, Kəlbəcər rayonu, 75 saylı məktəb
13. Məktəbin idman zalının təmiri və avadanlıqla təchizi Sumqayıt şəhəri, S.Vurğun küçəsi 1a, Avtomobil məktəbinin arxası, Laçın rayonu 5 saylı məktəb
14. Məktəbin avadanlıqla təchizi Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Laçın rayonu, İmanlar kənd orta məktəbi
15. Məktəbin avadanlıqla təchizi Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Füzuli rayonu, 40 saylı əsas məktəb
16. Məktəbin təmiri Goranboy rayonu, Veyisli kəndi, Kəlbəcər rayonu, 65 saylı məktəb
Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məsləhətçi firmaları (məsləhətçilər) qeyd olunan xidmətləri göstərmək üçün maraqlarını ifadə etməyə dəvət edir. Maraqlanan məsləhətçilər xidmətlərin icrası üçün tələb olunan səriştəyə və müvafiq təcrübəyə malik olduqlarını nümayiş etdirən məlumat təqdim etməlidirlər. Qısa siyahının tərtib edilməsi meyarları aşağıdakılardır: firmanın ümumi ixtisas dərəcəsi, qeyd olunan tapşırığa oxşar işlərin icrasında təcrübə, əsas işçi heyəti.
Dünya Bankının maraqların ziddiyyəti üzrə siyasətini nəzərə alaraq maraqlanan məsləhətçilərin diqqəti Dünya Bankının Məsləhətçilərin Seçimi və İşə götürülməsi üzrə Rəhbərliyinin (BYİB kreditləri və BİA kreditləri və ya qrantları çərçivəsində) 2011-ci ilin yanvar ayında yenilənmiş nəşrinin (məsləhətçilər üzrə rəhbərlik) 1.9 bəndinə yönəldilir.
Məsləhətçilər ixtisas dərəcələrini artırmaq məqsədliə birgə müəssisə və ya sub-məsləhətçi şəklində digər firmalarla əməkdaşlıq edə bilərlər.
Məsləhətçilər məsləhətçilər üzrə rəhbərlikdə qeyd olunan məsləhətçilərin ixtisas dərəcəsinə görə seçim üsulu ilə seçiləcəklər.
Əlavə məlumat üçün iş saatları (9.00-18.00) ərzində aşağıdakı ünvana müraciət etmək olar.
Maraqların ifadəsi yazılı formada 2012-ci il iyunun 7-dək aşağıdakı ünvana təqdim olunmalıdır (şəxsən, poçt, faks və ya elektron poçtu vasitəsilə).
{nl}
Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu
Məsul şəxs: S.Əhmədov
Bakı şəhəri, Tbilisi prospekti, 57D
Tel: (99412) 4318769
Faks: (99412) 4318211
Elektron poçtu: [email protected]
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.