Zaqatala Müalicə Diaqnostika Mərkəzi maşın və avadanlıqların satınalınması üçün

Zaqatala Müalicə Diaqnostika Mərkəzi maşın və avadanlıqların satınalınması üçün
AÇIQ TENDER ELAN EDİR
Tender 1 lot üzrə keçirilir.
Lot-1: Digər maşın və avadanlıqların satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən lot üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı texniki və maliyyə imkanlarına malik olmalıdırlar.Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Zaqatala Müalicə Diaqnostika Mərkəzindən (əlaqələndirici şəxs - Şamabil Məmmədov, telefon: 051-861-21-57) ala bilərlər.
Lot-1- 100 manat
Təşkilat: Zaqatala Müalicə Diaqnostika Mərkəzi
VÖEN: 5100600951
Zaqatala rayon Yerli Xəzinədarlıq Orqanı
Hesab: 32051019443960201139
VÖEN: 5100115391
Bank: "Kapital Bank"ın Zaqatala filialı
Kod: 200394
VÖEN: 9900003611
Müxbir hesab: 3928010000
SWİFT BİK : ALLBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi(zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifinin dəyərinin 1 faizi həcmində bank zəmanəti(zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş hesabatın surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatı.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 12 iyun 2012-ci il saat 11:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflə 21 iyun 2012-ci il saat 15:00-a qədər Zaqatala şəhəri, F.Əmirov küçəsi, 65 nömrəli ünvanda yerləşən Zaqatala Müalicə Diaqnostika Mərkəzinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 22 iyun 2012-ci il saat 10:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında