Şriftin ölçüsü:
17.05.2012 10:49 | Oxunma sayı: 505
2012/2013-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə təkrar ali təhsil (II təhsil) almaq üçün qəbul
E L A N E D İ R
1.Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (əyani və qiyabi) (təhsil Azərbaycan dilindədir)
2.Xarici dil (ingilis, fransız) müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir)
3.Tarix müəllimliyi (əyani və qiyabi) (təhsil Azərbaycan və rus dillərindədir)
4.Tarix və joğrafiya müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir)
5.Kimya müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir)
6.Kimya və biologiya müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir)
7.Biologiya müəllimliyi (əyani və qiyabi) (təhsil Azərbaycan və rus dillərindədir)
8.Riyaziyyat müəllimliyi (əyani və qiyabi) (təhsil Azərbaycan və rus dillərindədir)
9.Riyaziyyat və informatika müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir)
10. İnformatika müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir)
11. Fizika müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir)
12. Təhsildə sosial-psixoloji xidmət (əyani) (təhsil Azərbaycan dilindədir)
13. Kooreksiyaedici təlim (əyani) (təhsil Azərbaycan dilindədir)
14. Məktəbəqədər təlim və tərbiyə (əyani və qiyabi) (təhsil Azərbaycan dilindədir)
15. İbtidai sinif müəllimliyi (əyani və qiyabi) (təhsil Azərbaycan və rus dillərindədir)
16. Coğrafiya müəllimliyi (əyani və qiyabi) (təhsil Azərbaycan dilindədir)
17. Musiqi müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir)
18. Təsviri incəsənət müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir)
19. Texnologiya müəllimliyi (əyani və qiyabi) (təhsil Azərbaycan dilindədir)
20. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (əyani) (təhsil Azərbaycan dilindədir)
21. Menecment (təhsilin təşkili və idarə olunması) - (əyani) (təhsil Azərbaycan dilindədir)
22. Ekologiya - (əyani) (təhsil Azərbaycan dilindədir)
Təkrar ali təhsil müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əvvəlki ali təhsili və ya hazırda (bir ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası"na uyğun olaraq müsabiqədə iştirak edə bilərlər.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər :
-rektorun adına ərizə;
-ali təhsil haqqında sənədin, diplomun surəti (notarial qaydada təsdiq olunmuş) və qiymət kitabçasından çıxarış (diploma əlavə) (saatların miqdarı göstərilməklə);
-əmək kitabçasının surəti;
-işlədiyi müəssisə, təşkilat və idarələrdən göndərilənlər üçün göndəriş, zəmanət;
-3x4 sm ölçüdə 6 ədəd rəngli fotoşəkil;
-sağlamlıq haqqında arayış;
-şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq olunmuş);
-təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi.
Sənədlər 2012-ci il avqust ayının 20-dən sentyabr ayının 5-dək (istirahət günlərindən başqa) saat 10.00-13.00-dək ADPU-nun əsas binasında (II mərtəbə, tədris-metodika şöbəsi, otaq 208) qəbul edilir.
Təkrar ali təhsil (II təhsil) almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müsabiqə yolu ilə təkrar təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər. Birinci aldığı təhsilin təkrar ali təhsil ixtisasına uyğunluğundan asılı olaraq qəbul edildiyi kurs müəyyənləşdirilir.
Xaricdə təhsil almış şəxslər təkrar ali təhsil (II təhsil) almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq proseduru keçməklə şəhadətnamə almalıdırlar.
Təhsil ödənişlidir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.
Ünvan: AZ 1000 Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 34
Əlaqə telefonları: (+994 12) 493-15-96, (+994 12) 440-51-49
Rektorluq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.