Angela Merkelin partiyası populyarlığını itirməkdədir

Almaniyanın kansleri Angela Merkelin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı regional seçkilərdə sarsıdıcı məğlubiyyətə uğramaqdadır. Bugünlərdə Şimali Reyn-Vestfaliya torpağında keçirilmiş seçkilərdə partiyanın məğlubiyyəti daha sarsıdıcı olub. Bu barədə "BBC News"ə istinadən "Lenta.ru" xəbər yayıb. 
Məlumatda bildirilir ki, Xristian-Demokrat İttifaqı (XDİ), ilkin hesablamalara görə həmin torpaqda keçirilən seçkilərdə cəmi 26 faiz səs toplaya bilib. Seçkiləri özü üçün daha uğurlu hesab edən Sosial-Demokrat Partiyası (SDP) isə seçicilərin təxminən 38 faizinin səsini qazanıb. Sosial-demokratlarla bir koalisiyada seçkilərə qoşulmuş yaşıllar seçicilərin 12 faizinin dəstəyinə sahib çıxıb. Həmin ərazidə seçkilərin daha bir iştiraksısı olan Azad Demokrat Partiyası isə 8,5 faiz səs toplayıb.
BBC-nin verdiyi xəbərə görə, Merkelin rəhbərlik etdiyi XDİ movcud olduğu bütün tarixi boyu ilk dəfədir ki, Şimali Reyn-Vestfaliyada ən pis nəticəyə nail olub. Alman analitiklərinin fikrincə, görünür, kansler Merkelin son illərdə apardığı vergi intizamı ilə bağlı siyasət seçicilərin xoşuna gəlmir. Kansler bu siyasəti dövlət borclarının ixtisarı üçün vacib yollardan biri kimi görür. Məhz buna görə də kanslerin partiyası seçicilər arasında get-gedə daha çox nüfuzdan düşür, populyarlığını itirir.
Analitiklərin qənaətinə görə, son illərdə ölkədə Pirat Partiyası daha artıq uğur qazanmağa başlayıb. Bu partiya Şimali Reyn-Vestfaliyada keçirilmiş sonuncu regional seçkilərdə 7,5 faiz səs qazana bilib və yerli qanunverici orqana daxil olmaq şansı əldə edib. Pirat Partiyası 2011-ci ilin sentyabrından indiyə qədər artıq dörd regional parlamentdə yer tutmağa nail olub.
Hazırda Almaniya siyasətçiləri və təhlilçiləri hesab edirlər ki, Şimali Reyn-Vestfaliya seçkilərində uğur qazanmaq olduqca mühüm məsələdir. Çünki bu torpaq Almaniyada əhalinin ən sıx yerləşdiyi ərazidir və bu ərazidə keçirilən seçkilərdə əldə olunmuş nailiyyət ümumi seçkilərin nəticələrinə çox ciddi təsir göstərir. Angela Merkelin partiyasının məhz bu regionda uğursuzluğa uğraması təşkilatın ciddi problem qarşısında qaldığını təsdiq edir.
Paşa ƏMİRCANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında