Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin informasiya texnologiyaları sahəsində xidmətlərin satınalınması məqsədilə
AÇIQ TENDER ELANI
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti informasiya texnologiyaları sahəsində xidmətlərin satınalınması məqsədilə açıq tender keçirir.
Tender proseduru iyulun 3iyul 2012-ci il saat 11.00-da Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin inzibati binasında (Bakı şəhəri, Bülbül prospekti, 40) keçiriləcəkdir.
1.Açıq tenderdə lotlar üzrə bölgüyə yol verilir:
•Baş mühasibatlıq sisteminin təkmilləşdirilməsi və dəstəklənməsi;
•AzAML proqram təminatının dəstəklənməsi;
•İnternet saytının dəstəklənməsi;
•İstifadə olunan proqram təminatlarının dəstəklənməsi və lisenziyalarının vaxtının uzadılması;
•İstifadə olunan avadanlıqlar üzrə dəstəklənmə işləri;
•Daxili lokal şəbəkənin yoxlanılması və portların icarəsi.
2.Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
-tenderdə iştirak üçün yazılı müraciət;
-iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
-iddiaçıların fəaliyyət sahəsi üzrə iş təcrübəsi və əsas müştərilər, xüsusilə də korporativ müştərilər barədə məlumatlar (müştərilərin adları və əlaqə nömrələri göstərilir);
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
-tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
-iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);
- Azərbaycan dilində iki nüsxədə tender təklifi (tender təklifi ən azı 2012-ci il sentyabrın 3-dək qüvvədə olmalıdır);
-tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);
-malların Avropa Birliyinin sertifikatları (CE);
-Bakı şəhərində servis xidmətinin mövcudluğunu təsdiq edən məlumat.
3.İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 2 iyulun 2012-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 20 iyunun 2012-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Maliyyə Monitorinqi Xidmətinin Bakı şəhəri, Bülbül prospekti, 40 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaq.
4.İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin aşağıdakı hesabına 150 (yüz əlli) manat məbləğində vəsait köçürməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti, h/h 0132090008944, kod:501004, m/h 0148010001944, VÖEN Mərkəzi Bank: 9900071001, VÖEN Maliyyə Monitorinqi Xidməti: 1401672511, SWIFT NABZAZ2C
5.Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər: Correspondent Bank: BIC:FRNY US 33, Federal Reserve Bank of New York, correspondent account number: ABA:0210 88 221 USD, account № 0132190008840.
6.Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Maliyyə Monitorinqi Xidmətinin Bakı şəhəri, Bülbül prospekti, 40 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş "tenderin əsas şərtlər toplusu"nu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Məmmədyar Novruzov (informasiya texnologiyaları şöbəsinin rəisi).
Telefon: 598-20-56(220),
faks: 493-03-88, elektron poçt ünvanı: mammadyar. [email protected]
Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında