Mərkəzi Bankın binalarında istismar olunan UPS qurğularında soyuducu fanların və akkumulyatorların dəyişdirilməs

Mərkəzi Bankın binalarında istismar olunan UPS qurğularında soyuducu fanların və akkumulyatorların dəyişdirilməsi, yüksək və alçaq gərginlikli enerji təchizatı avadanlıqlarına texniki servis xidmətinin göstərilməsi üzrə
TENDER ELANI
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı aşağıdakı lotlar üzrə açıq tender keçirir:
Birinci lot- Mərkəzi Bankın binalarında istismar olunan UPS qurğularında soyuducu fanlarının və akkumliyatorların dəyişdirilməsi.
İkinci lot- Mərkəzi Bankın binalarında və Biləsuvar Lisey-məktəb kompleksində istismar olunan yüksək və alçaq gərginlikli enerji təchizatı avadanlıqlarına illik texniki servis xidmətinin göstərilməsi və təmir üçün lazım olan ehtiyat hissələrinin alınması
Tender proseduru 14 iyun 2012-ci il tarixdə saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- iki nüsxə Azərbaycan dilində tender təklifi (tender təklifi 1 avqust 2012-ci il tarixədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada). Bank təminatı 14 sentyabr 2012-ci il tarixədək qüvvədə olmalıdır;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış;
-satınalınan avadanlıqların texniki spesifikasiyası, keyfiyyət və uyğunluq sertifikatlarını təqdim etməlidir (İSO9001:2000, BS EN İSO14001:1996, BS EN İSO 9002:1994 və mənşə sertifkatları);
- "Energetika obyektlərinin, avadanlıqların və qurğuların quraşdırılması, sazlanması və təmiri" ilə bağlı müvafiq lisenziyanın surəti.
3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 13 iyun 2012-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 5 iyun 2012-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 1-ci lot üzrə 50 (əlli) manat, 2-ci lot üzrə 40 (qırx) manat məbləğində vəsait köçürməlidir: Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № 0170690001944 kod 501004, VÖEN 9900071001, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.
5. İşlərin göstərilməsinə başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
Müvafiq mal və materiallar təmin edilməklə işlərin görülməsi müddəti: brinci lot üzrə 2(iki) ay ərzində, ikinci lot üzrə 1(bir) il ərzində.
6. Qiymətləndirmə meyarları:
- brinci lot üzrə maliyyə amili, təcrübə, ödəniş şərtləri, zəmanət müddəti və işlərin icra müddəti;
- ikinci lot üzrə üzrə maliyyə amili, təcrübə, zəmanət müddəti və işlərin icra müddəti;
7. Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş Tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.
Tender üzrə əlaqələndirici şəxs: Adil Sadıqov (inzibati departamentin əməkdaşı).
Telefon: 493-11-22 (2-95).

{nl}

Tender komissiyası

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında