"Azərenerji" ASC "Paylayıcı Elektrik Şəbəkələrinin Yenidən Qurulması" Layihəsi üzrə "açar təhvili" şərtilə baş podratçının seçilməsi üçün

AÇIQ BEYNƏLXALQ TENDER KEÇİRİR
Layihənin tərkib hissələri:
• Aşağı gərginlikli (0,4 kV) xətlərin SİP kabellərlə əvəz olunması və sayğacların quraşdırılması;
• 10-6/0,4 kV-luq yarımstansiyaların və EVX-lərin yenidən qurulması;
• 35 kV-luq yarımstansiyaların və EVX-lərin yenidən qurulması;
• 110/35/10 kV-luq yarımstansiyanın tikintisi.
Tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa və Asiya İnkişaf Bankının satınalma prosedurlarına uyğun olaraq həyata keçirilir.
Tender sənədləri ilə əlaqədar məlumat almaq üçün iddiaçılar aşağıdakı ünvana müraciət edə bilərlər:
AZ 1005, Bakı şəhəri, Akademik Əbdülkərim Əlizadə küçəsi, 10. "Azərenerji" ASC. Əlaqələndirici şəxs: Elman Süleymanov, Xarici iqtisadi əlaqələr şöbəsi rəissinin müavini
Telefon: + 99 412 490 09 83
Faks: + 99 412 492 63 55
İddiaçılar öz təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərfdə yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.
Əsas şərtlər toplusunu almaq üçün "Azərenerji" ASC-yə yazılı müraciət tələb olunur.
Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
tenderdə iştirak etmək üçün ərizə;
iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
iddiaçının tam adı və ünvanı, bank rekvizitləri, nizamnamənin və qeydiyyat şəhadətnaməsinin surəti;
iddiaçının müvafiq sahədə iş təcrübəsi və maliyyə imkanları haqqında məlumat;
iddiaçı haqqında əsas şərtlər toplusunda tələb olunan digər sənədlər;
iddiaçının tender təklifi (zərflərin açıldığı gündən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
təklif qiymətinin 2% həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən azı 90 bank günü müddətində qüvvədə olmalıdır).
Sənədlər 2 nüsxədə (bir nüsxə əsli və bir nüsxə surəti olmaqla) Azərbaycan və ingilis dillərində tərtib olunmalıdır.
İddiaçılar yuxarıda göstərilən sənədləri 2012-ci il iyunun 20-si saat 16:00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.
Təkliflər 2012-ci il iyunun 20-si saat 16:00-da "Azərenerji" ASC-nin iclas zalında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərinin açılışında iştirak edə bilərlər.

{nl}

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında