Şriftin ölçüsü:
01.05.2012 13:37 | Oxunma sayı: 691
XÜSUSİ SATINALMA ELANI
30 aprel 2012-ci il
AZƏRBAYCAN RESPUBLİKASI
Yaponiya Sosial İnkişaf Fondu (JSDF), Qrantı № TF090657 (P096213)
Layihənin adı: Rayon yerlərində su xətti və kanalizasiya sistemlərinin bərpası Proqramı (su və kanalizasiya sistemləri)
Satınalmanın No.:TERTER/WATER/SEWAGE/REPAIR/NCB/2
Lot No.1: TERTER/WATER/SEWAGE/REPAIR/NCB/2
Lot No.2: AZ/BÜDCƏ/TƏRTƏR/SU VƏ KANALİZASİYA/BƏRPA/2
Tərtər rayonunda 64 ədəd kommunal yaşayış binasında su itkisinin azaldılması və kanalizasiya sistemlərinin təmiri
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik "Rayon yerlərində su xətti və kanalizasiya sistemlərinin bərpası" Proqramının icra xərclərini ödəmək üçün Dünya Bankından aldığı kreditin bir hissəsini Tərtər rayonunda 64 ədəd kommunal yaşayış binasında su itkisinin azaldılması və kanalizasiya sistemlərinin təmiri üçün görüləcək işlərə sərf etmək niyyətindədir. Bundan başqa, təmir edilmiş evlərin mövcud şəhər su təchizatı və kanalizasiya şəbəkələrinə birləşdirilməsi işlərinin maliyyələşdirilməsi üçün qranta əlavə olaraq Azərbaycan Hökuməti büdcəsindən vəsait ayrılmışdır.
Bununla da, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik uyğun podratçıları Tərtər rayonunda 64 ədəd kommunal yaşayış binasında su itkisinin azaldılması və kanalizasiya sistemlərinin təmiri işləri (Satınalma No.: TERTER/WATER/SEWAGE/REPAIR/NCB/2) üçün tender təkliflərini təqdim etməyə dəvət edir. Tikinti işlərinin aparılma müddəti avans ödənişi alındıqdan sonra doqquz (9) ay nəzərdə tutulur.
Tender Dünya Bankının 2004-cü ilin may ayında nəşr edilmiş (1 oktyabr 2006-cı il və 1 may 2010-cu il tarixlərdə düzəliş edilmiş) "BYİB-nın Borcları və BİA-nın kreditləri hesabına satınalma işləri"adlı Təlimatlarda öz əksini tapmış tender prosedurlarına uyğun olaraq Milli Rəqabətli Tenderin (MRT) prosedurları əsasında keçiriləcəkdir.
Maraqlanan uyğun iddiaçılar əlavə məlumatı aşağıda qeyd olunmuş ünvandan saat 9.00-dan 17.00-dək əldə edə bilər, həmçinin sənədlərlə tanış ola bilərlər: Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik, Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi 60, 3-cü mərtəbə. Maraqlanan iddiaçılar, Azərbaycan dilində tərtib edilmiş tender sənədlərini rəsmi müraciət əsasında və Agentliyin aşağıda qeyd olunmuş bank hesabına geri qaytarılmayan 100 (manat) AZN məbləği və ya onun ABŞ dolları ilə ekvivalentini köçürməklə əldə edə bilərlər.
Sənədlərin adi poçt və ya kuryer vasitəsilə göndərilməsi tələb olunarsa, 60 manat (AZN) məbləğində əlavə ödəniş həyata keçirilməlidir.
AYBA-nın rekvizitləri:Azərbaycan Beynəlxalq Bankı, Bakı filialı:Kod: 805045; VÖEN: 9900001881;
Müxbir hesab: 0137010002944;
S.W.I.F.T. Kod: BİK: İBAZAZ 2X
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik:
VÖEN: 1400294891, S.W.I.F.T. Kod: BİK: İBAZAZ 2X
Hesab №-si: CCS 33304029449330720120.
Bütün tender təklifləri 18.000 manat (AZN) və ya bu məbləğin sərbəst konvertasiya edilə bilən ekvivalenti məbləğində tender zəmanəti ilə müşayiət olunmalı və 31 may 2012-ci il saat 14:00-dək aşağıdakı ünvana təqdim edilməlidir. Tender təklifləri, iddiaçı təşkilatların nümayəndələrinin iştirakı ilə eyni tarixdə saat 14:00-da aşağıdakı ünvanda açılacaqdır. Qeyd olunan vaxtdan gec təqdim edilmiş təkliflərə baxılmayacaqdır.
Tender təkliflərinin qiymətləndirilməsi aşağıdakı qaydada aparılacaqdır:
Təkliflər iki lot şəklində qəbul edilməsinə baxmayaraq, bir təklif kimi qiymətləndiriləcəkdir. Bununla əlaqədar olaraq, iddiaçılardan hər iki lot üzrə təklif təqdim etmələri xahiş olunur. Təklif hər iki lot üzrə təqdim edilməzsə, təklifə baxılmayacaqdır. Hər bir lot üzrə ayrı müqavilə imzalanacaqdır.
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik
Azərbaycan Respublikası, Bakı şəhəri, AZ/1108, İbrahimpaşa Dadaşov küçəsi, 60, III mərtəbə.
Əhməd Əhmədov (əməliyyatlar üzrə menecer),
Tel: 012 561 70 97;
Faks: 012 561 70 98;
E-mail: [email protected]
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.