Azərbaycan Hökuməti və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilən "Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi" Layihəsinin icraçı təşkilatı olan Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İ

- mikromaliyyə proqramı üzrə menecerin köməkçisi;
- mikrolayihələrin icrasına texniki nəzarət üzrə menecerin köməkçisi - 2 nəfər;
- mikrolayihələrin icrası üçün regional texniki nəzarətçi - 2 nəfər;
- gənclərin dəstəklənməsi və gəlir gətirən proqram üzrə menecerin köməkçisi;
- gənclərin dəstəklənməsi və gəlir gətirən proqram üzrə regional məsləhətçi.
1. Mikromaliyyə proqramı üzrə menecerin köməkçisi vakansiyası üzrə:
Tələb olunan ixtisas dərəcəsi:
Təhsil
İqtisadiyyat, kənd ərazilərinin inkişafı sahələri üzrə ali təhsil (minimum bakalavr dərəcəsi, maqistr dərəcəsinə üstünlük verilir);
bilik və təcrübə;
məcburi köçkün və qaçqınlarla ən azı 2 il iş təcrübəsi;
icma məsləhətləşməsi kimi iştiraklı yanaşmalar sahəsində təcrübəsi olanlara üstünlük verilir;
Dünya Bankı və digər donorlar tərəfindən maliyyələşdirilən sosial və iqtisadi inkişaf layihələrinin hazırlanması və icrasında müvafiq təcrübə;
icmalarla iş və ya icmalarla çalışan təşkilatlarda iş təcrübəsinə üstünlük verilir.
Bacarıqlar
Azərbaycan və rus dillərini sərbəst bilməli (ingilis dilini bilənlərə üstünlük verilir);
kompyuter proqramlarından mükəmməl istifadə etmək bacarığı (MS Windows, MS Excel, Word).
2. Mikrolayihələrin icrasına texniki nəzarət üzrə menecerin köməkçisi vakansiyası üzrə:
Tələb olunan ixtisas dərəcəsi:
Təhsil
İnşaat mühəndisliyi və oxşar sahələrdə ali təhsil (minimum bakalavr dərəcəsi, maqistr dərəcəsinə üstünlük verilir);
təcrübə və biliklər
İnşaat işlərinin layihələndirilməsi, xüsusilə də layihələrin, tikinti obyektlərinin planlaşdırılması və nəzarəti sahəsində ən azı 5 il iş təcrübəsi;
tikinti norma və standartlarını, yerli inşaat qanunlarını və tikinti bazarında material, avadanlıq və əməyin qiymətlərini bilmək;
kənd yerlərinin inkişafı layihələrində iş təcrübəsi olanlara üstünlük verilir;
məcburi köçkünlərlə ən azı 3 il iş təcrübəsi vacibdir.
Digər bacarıqlar
Azərbaycan və rus dillərini bilməli;
kompyuter proqramlarından mükəmməl istifadə etmək bacarığı (MS Windows, MS Excel, Word);
ünsiyyət yaratmaq, podratçılar, yerli hakimiyyət orqanları və həssas icma üzvləri ilə işləmək bacarığı;
yüksək planlaşdırma bacarığı və məsuliyyət;
lazım gəldikdə gərgin iş şəraitində çalışmaq bacarığı.
3. Mikrolayihələrin icrası üçün regional texniki nəzarətçi vakansiyası üzrə:
Tələb olunan ixtisas dərəcəsi:
Təhsil
Tikinti mühəndisliyi və ya memarlıq sahəsində ali təhsil (minimum bakalavr dərəcəsi, maqistr dərəcəsinə üstünlük verilir);
təcrübə və biliklər
Tikinti və ya tikintinin layihələndirilməsində, xüsusilə tikinti obyektləri və ya layihələrin planlaşdırılması və nəzarəti üzrə ən azı 3 il iş təcrübəsi;
icma infrastrukturu üzrə yerli inşaat normaları və standartlarını bilmək tələb olunur;
kənd infrastrukturunun inkişafı layihələrində iş təcrübəsinin olması böyük üstünlükdür;
məcburi köçkünlər və yerli hakimiyyət orqanları ilə ən azı 3 il iş təcrübəsi;
yüksək səviyyədə məsuliyyət və təşkilatçılıq qabiliyyəti, problemlərə yaradıcı yanaşmaq;
Bacarıqlar
Azərbaycan və rus dillərini sərbəst bilməli;
kompyuter proqramlarından mükəmməl istifadə etmək bacarığı (MS Windows, MS Excel, Word);
podratçılar, yerli hakimiyyət orqanları və həssas icma üzvləri ilə işləmək bacarığı;
planlaşdırma və idarəetmə bacarıqları;
lazım olduqda gərgin iş şəraitində çalışmaq bacarığı.
4. Gənclərin dəstəklənməsi və gəlir gətirən proqram üçün menecerin köməkçisi vakansiyası üzrə:
Tələb olunan ixtisaslar:
Təhsil
İqtisadiyyat, sahibkarlıq və yaxud kənd inkişafı üzrə ali təhsil (minimum bakalavr dərəcəsi, maqistr dərəcəsinə üstünlük verilir);
təcrübə və biliklər
İcma iştirakı metodologiyaları əsasında ən azı 2 il iş təcrübəsi;
məcburi köçkünlərlə ən azı 2 il iş təcrübəsi;
kiçik sahibkarlığın inkişafı, kiçik müəssisələrin fəaliyyəti üzrə biliklər və həmçinin bu sahədə qanunvericilik haqqında biliklərə malik olmalı;
Bacarıqlar
Azərbaycan və ingilis dillərini sərbəst bilməli;
kompyuter proqramlarından mükəmməl istifadə etmək bacarığı (MS Windows, MS Excel, Word);
həssas qruplarla işləmək bacarığı.
5. Gənclərin dəstəklənməsi və gəlir gətirən proqram üzrə regional məsləhətçi vakansiyası üzrə:
Tələb olunan ixtisaslar:
Təhsil
Humanitar və yaxud iqtisadiyyat sahəsində ali təhsil (minimum bakalavr dərəcəsi, maqistr dərəcəsinə üstünlük verilir);
təcrübə və biliklər
Qaçqın və məcburi köçkünlərin iş sahəsində ən azı 2 il iş təcrübəsi;
Bacarıqlar
Azərbaycan və rus dillərini sərbəst bilməli;
Qeyd olunan əməkdaşlar Dünya Bankının Təlimatlar: "Dünya Bankının Borcalanları tərəfindən Məsləhətçilərin seçilməsi və işə götürülməsi" (may 2004, 2006-cı ilin oktyabr və 2010-cu ilin may ayında düzəlişlər edilmişdir) qaydalarına uyğun olaraq seçiləcək.
Namizədlər tərcümeyi -hallarını və diplomlarının surətlərini aşağıdakı ünvana 8 may 2012-ci il, saat 18.00-dək MKSİF-in Satınalmalar üzrə meneceri S.Əhmədova təqdim etməlidirlər.
Bakı şəhəri, Tbilisi prospekti, 57D,
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu
Telefon: (99412) 4318703; 4318769
Faks: (99412) 4318211
E-mail: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında