Mərkəzi Bankın inzibati binasının isitmə-soyutma sistemi və su təchizatı borularının, 2 nömrəli xəzinə binasında drenaj sularının axıdılması üçün istifadə olunan yüksək təzyiqli kürəbənd xəttinin yenilənməsi işləri məqsədilə

Mərkəzi Bankın inzibati binasının isitmə-soyutma sistemi və su təchizatı borularının, 2 nömrəli xəzinə binasında drenaj sularının axıdılması üçün istifadə olunan yüksək təzyiqli kürəbənd xəttinin yenilənməsi işləri məqsədilə
T E N D E R E L A N I
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı aşağıdakı lotlar üzrə açıq tender keçirir:
Birinci lot- Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasının isitmə - soyutma sistemi və su təchizatı borularının yenilənməsi, müvafiq təmir -bərpa işlərinin aparılması.
İkinci lot- Mərkəzi Bankın Bakı şəhəri Ə.Əliyev küçəsi, 10 ünvanında yerləşən 2 nömrəli xəzinə binasında drenaj sularının axıdılması üçün istifadə olunan yüksək təzyiqli kürəbənd xəttinin yenilənməsi.
Tender proseduru 2012-ci il 22 may saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- Azərbaycan dilində iki nüsxə tender təklifi (tender təklifi 5 iyul 2012-ci il tarixinədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada). Bank təminatı 16 avqust 2012-ci il tarixədək qüvvədə olmalıdır;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış.
3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 2012-ci il 21 may saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 2012-ci il 11 may saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 1-ci lot üzrə 100 (bir yüz) manat, 2-ci lot üzrə 50 (əlli) manat məbləğində vəsait köçürməlidirlər: Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № 0170690001944, kod 501004, VÖEN 9900071001, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.
5. İşlərin göstərilməsinə başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
Müvafiq mal və materiallar təmin edilməklə işlərin görülməsi müddəti: birinci lot üzrə 4 (dörd) ay ərzində, ikinci lot üzrə 60 (altmış) gün ərzində.
6. Qiymətləndirmə meyarları: maliyyə amili, ödəniş və zəmanət şərtləri.
7. Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. Tender üzrə əlaqələndirici şəxs: Adil Sadıqov (İnzibati departamentin əməkdaşı).
Telefon: 493-11-22 (2-95).
Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında