MARAQLARIN İFADƏ OLUNMASI ÜÇÜN MÜRACİƏT (MƏSLƏHƏT XİDMƏTLƏRİ-FİRMALARIN SEÇİMİ)

ÖLKƏ: Azərbaycan Respublikası
LAYİHƏNİN ADI: "Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi" Layihəsi
Kredit №.: 8096-AZ
Tapşırığın adı: Gənclərin Dəstəklənməsi Proqramının İcrası üzrə Məsləhətçi Xidmətləri
İstinad № (Satınalma Planı üzrə): CS-5, Müqavilə № SFDİ/8096-AZ/005 Azərbaycan Respublikasının Hökuməti "Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi" Layihəsi çərçivəsində Dünya Bankından maliyyə vəsaiti almışdır və alınan vəsaitlərin bir hissəsini məsləhətçi xidmətlərinə sərf etmək niyyətindədir.
Məsləhətçi xidmətləri (xidmətlər) dedikdə gənc məcburi köçkünlər üçün peşə təlimlərinin təşkili və idarə olunması, sahibkarlıq məqsədilə bilik və bacarıqların artırılması məqsədilə tədbirlərin həyata keçirilməsi, gənclərin kiçik sahibkarlıq fəaliyyətlərinin başlanması üçün müvafiq alət və avadanlıqlarla təmin edilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məsləhətçi firmaları (məsləhətçilər) qeyd olunan xidmətləri göstərmək üçün maraqlarını ifadə etməyə dəvət edir. Maraqlanan məsləhətçilər xidmətlərin icrası üçün tələb olunan səriştəyə və müvafiq təcrübəyə malik olduqlarını nümayiş etdirən məlumat təqdim etməlidirlər. Qısa siyahının tərtib edilməsi meyarları aşağıdakılardır: firmanın ümumi ixtisaslaşma dərəcəsi və əsas işçi heyətinin sayı, oxşar sahədə iş təcrübəsi, firmanın texniki və inzibati təşkilatlanması, məcburi köçkünlərlə iş təcrübəsi.
Dünya Bankının maraqların ziddiyyəti üzrə siyasətini nəzərə alaraq maraqlanan məsləhətçilərin diqqəti Dünya Bankının Məsləhətçilərin Seçimi və İşə götürülməsi üzrə Rəhbərliyinin (BYİB kreditləri və BİA kreditləri və ya qrantları çərçivəsində) 2010-cu ilin may ayında yenilənmiş nəşrinin (məsləhətçilər üzrə rəhbərlik) 1.9 bəndinə yönəldilir.
Məsləhətçilər ixtisas dərəcələrini artırmaq məqsədliə birgə müəssisə və ya sub-məsləhətçi şəklində digər firmalarla əməkdaşlıq edə bilərlər.
Məsləhətçilər məsləhətçilər üzrə rəhbərlikdə qeyd olunan üsulla keyfiyyət və qiymətə əsaslanan seçim üzrə seçiləcəkdir.
Əlavə məlumat üçün iş saatları (09.00-18.00) ərzində aşağıdakı ünvana müraciət etmək lazımdır. Maraqların ifadəsi yazılı formada 23 aprel 2012-ci il tarixədək aşağıdakı ünvana təqdim olunmalıdır (şəxsən, poçt, faks və ya elektron poçtu vasitəsilə).
Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu
Məsul şəxs: S.Əhmədov
Bakı şəhəri, Tbilisi prospekti, 57D
Tel: (99412) 4318769
Faks: (99412) 4318211
Elektron poçtu: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında