Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İB-də keçiriləcək tenderə daxil olan təkliflərin qəbul müddətinin uzadılması haqqında bildiriş

Beynəlxalq televiziya kanalının təşkili üçün peyk seqmentinin icarəyə verilməsi, Bakı-Ələt-Şirvan-Biləsuvar-Cəlilabad-Lənkəran-Lerik intervallarında RRX avadanlıqlarının rekonstruksiyası və 3 ədəd rəqəmli TV vericinin alınıb quraşdırılması ilə əlaqədar keçiriləcək tenderə daxil olan təkliflərin qəbul müddəti, tender iştirakçılarının sayı məhdud olduğu üçün 10 gün uzadılır.
Qeydiyyat üçün iddiaçılar sənədləri 10 iyun 2010-cu il, saat 17.00-a qədər təqdim etməlidirlər.
Tender iştirakçıları təkliflərini və bank zəmanətini 1 nüsxə əsli, 2 nüsxə surəti olmaqla müvafiq qaydada möhürlənmiş zərflərdə 21 iyun 2010-cu il, saat 17.00-a qədər Bakı şəhəri, A. Abbaszadə küçəsi, 2 nömrəli ünvanda yerləşən Teleradio İB-nin ümumi şöbəsinə təqdim etməlidirlər. Göstərilən müddətdən sonra daxil olan təkliflər baxılmadan geri qaytarılacaqdır.
Tender proseduru 22 iyun 2010-cu il saat 11.00-da Teleradio İB-nin iclas zalında keçiriləcəkdir.

{nl}

Tender komissiyası

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında