TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI AÇIQ TENDERƏ DƏVƏT EDİR

TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI AÇIQ TENDERƏ DƏVƏT EDİR
Tender 1 lot üzrə keçirilir. Lot 1 - sənədlərin yüksək sürətli qrafik təsvirlərinin alınması üçün nəzərdə tutulmuş rəngli skanerlərin və işçi stansiyalar üçün kompyuterlərin alınması. (əlavə məlumat TQDK-nın saytında).
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Həsən Əliyev küçəsi, 17 nömrəli ünvandan ala bilərlər (əlaqələndirici şəxs : Əliyev İ, telefon (022) 440-30-78 (daxili 117).
İştirak haqqı : lot 1 - 500 manat
Hesab: 33205019449702001207
VÖEN: 1400430861
Bank: ARBB Nəsimi filialı
Kod: 805614
VÖEN: 9900001881
M/H: 0137010002944
SWİFT: İBAZAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9. iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
10. digər sənədlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2012-ci il mayın 4-ə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2012-ci il mayın 14-ə qədər Həsən Əliyev küçəsi, 17 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2012-ci il mayın 16-da Həsən Əliyev küçəsi, 17 nömrəli ünvanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının binasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında