Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi

2012-ci il üçün əşya əmlaklarının satınalınması məqsədilə 
AÇIQ TENDER ELAN EDİR
Tender 2 lot üzrə keçirilir:
LOT-1: Uzunboğaz botinka
LOT-2: Qara rəngli yay tuflisi, qara rəngli qış tuflisi z\h
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində əşya əmlakının keyfiyyəti nəzərə alınmaqla ən aşağı qiymətə və əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını 19 aprel 2012-ci il tarixədək Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər:
Lot N-si iştirak haqqının məbləği (manatla)
1-ci 400,0 manat
2-ci 150,0 manat
3-cü 100,0 manat
Hesab: Azərbaycan Respublikası Beynəlxalq Bankı, kod: 805722, m/h-0137010002944, VÖEN-9900001881, S.W.I.F.T İBAZAZ 2X, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı xəzinədarlıq idarəsi, hesab №-si 33205019449328518204, VÖEN 1700986181, DİN DQBİ-nin VÖEN-i 1500426471.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Bütün iddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 3 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;
- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusda təsdiq edilmiş surəti).
Tender iştirakçıları iştirak etdikləri lotlar üzrə 19 aprel 2012-ci il saat 12.00-a qədər, texniki spesifikasiyaların tələblərinə uyğun hazırlanmış hər bir maldan 3 (üç) nüsxədə nümunələr, həmin malların uyğunluq sertifikatlarının əslini isə 1 (bir) nüsxədə Daxili Qoşunların Baş İdarəsinin əşya xidmətinə təqdim etməlidirlər. Müayinələrin nəticəsi haqqında həmin mallar üzrə tender təkliflərinə dair zərflərin açılışından sonra məlumat veriləcəkdir.
Tender iştirakçılarından tələb olunan sənədlər 19 aprel 2012-ci il saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 28 aprel 2012-ci il tarixdə 12.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsinin beşinci mərtəbəsində yerləşən Tender Komissiyasının otağında əlaqələndirici şəxslərə təqdim edilməlidir.
Göstərilən müddətdən gec təqdim olunmuş tender təklifləri və sənədlər qəbul olunmayacaqdır.
Sənədləri qəbul etmə saatları - hər gün saat 11:00-dən 12:00-a qədər və 16:00-dan 17:00-a qədərdir.
Tender zərflərinin açılması proseduru 30 aprel 2012-ci il tarixdə saat 16.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q. Musabəyov küçəsi, 4 ünvanında) keçiriləcəkdir.
İclasda iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.
İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər:
Bakı şəhəri, Q. Musabəyov küçəsi, 4.
Telefon: 569-95-10.
Əlaqələndirici: A.Quliyeva.

{nl}

DAXİLİ QOŞUNLARIN TENDER KOMİSSİYASI


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında