Şriftin ölçüsü:
17.03.2012 12:28 | Oxunma sayı: 407
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi
AÇIQ TENDERƏ DƏVƏT EDİR
Tender 1 lot üzrə keçirilir:
Lot 1: Mətbəə avadanlığı (Xüsusi sifarişlə yığılmış adakontrol idarə sisteminə, CP3 proqram təminatına malik 4 rəngli yüksək keyfiyyətli və 1 saatda 10000 A2 format çap məhsulu istehsal etmək gücünə malik müasir standartlara cavab verən çap maşını, kəsim bıçağı (Perfecta), rəng ayırma avadanlıqları, 1 ədəd 4 rəngli A3 çap maşını, 2 ədəd kompyuter, 1 ədəd faks, 4 ədəd printer, 1 ədəd surətçıxarma aparatı, 1 ədəd biqovka və perferasiya, 1 ədəd rens (təqvim deşiklərini açan), 1 ədəd laminator, 2 ədəd xüsusi kağız stolu, 1 ədəd kəsim bıçağı)
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları müvafiq texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu AZ 1000, Bakı şəhəri, F.Əmirov küçəsi 1 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinə (əlaqələndirici şəxs: Cəmilə Əliyeva, [email protected] telefon 012-493-17-32) müraciət etməklə ala bilərlər.
İştirak haqqı:
Lot 1. Tenderdə iştirak haqqı 800 manat
Təşkilat: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi
Bank: Azərbaycan Beynəlxalq Bankı Səbail rayon filialı
VÖEN: 9900001881
Müxbir hesab: 0137010002944
Kod: 805551
SWIFT: IBAZAZ2X
9 saylı Xəzinədarlıq İdarəsi hesabı - 33205019449311365209
VÖEN: 1700987121
H/h: 01194
İştirak haqqı heç bir qaydada geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
2. tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. iddiaçının tam adı, hüquqi statusu və rekvizitləri;
9. iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
10. digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilmiş sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27 aprel 2012-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə 2 may 2012-ci il saat 17.00-a qədər möhürlənmiş ikiqat zərfdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinə (Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1 (2-ci mərtəbə) ünvanına) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təkliflər paketi 4 may 2012-ci il saat 10.00-da şura katibliyinin konfrans zalında açılacaqdır.
İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
{nl}
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.