İstanbulda "Batı Şehir"

Avropada ən böyük, böyüklüyü ilə hər cür rahatlığı düşünülən, inanılmazı gerçəyə çevirən "Batı Şehir"dən dünya danışır. 15 min adamın yaşaya biləcəyi nəhəng layihə bəhrəsini verir
818 min kvadratmetrlik sahədə tiikiləcək "Batı Şehir" yaşayış kompleksində 100 min kvadratmetrlik açıq və yaşıl ərazi var. Yerləşdiyi yeri, yaşıl sahəsi və göstərdiyi sosial xidmətləri ilə əvəzsiz, bənzərsiz xidmət verir.
Layihəni həyata keçirən idarə heyətinin başçısı İnanç Kabadayı söylədi ki, içərisində 3 min 123 ədət mənzil və rezidnas, şəhər oteli, prestijli ofislər, xüsusi təhsil kompleksi, açıq alış-veriş bazarı, klub binası, üstü açıq və bağlı qaçmaq və ya gəzmək parkları, idman salonları və 100 min kvadratmetrlik yaşıl sahə olacaq "Batı Şehir", tamamlandıqdan sonra 15 min adamın yaşaya biləcəyi bir yerə çevriləcək və Türkiyədə ən iddialı layihə olacaqdır.
Yaşıllıqları ilə insanları heyran edəcək bu layihədə süni göl və hovuzlar da mövcud olacaqdır. Xüsusi bitki örtüyü salınaraq kompleksin daha fərqli bir gözəlliyə sahib olması nəzərdə tutulub. Tikililərin az yer tutması, yaşıl sahələrin daha çox yer tutmasına nəzarət edilərək insanların sağlamlığı və rahatlığı düşünülüb. Hava çirklənməsi minimuma endirilərək təmizlik və sağlamlığa daha çox önəm verilib.
Ərazidəki çirklənmənin gələcəkdə də olmaması üçün elektrikli miniklərə və elektrikli alətlərə daha çox üstünlük verilib. Günəş işığının faydaları düşünülərək binaların günəş işığını əngəlləməməsinə xüsusi diqqət yetirilib. Bu layihədə yağış suyunun istifadəsi, çöl quşlarının saxlanılması və bütün ekoloji sağlamlıq üçün bilib-bilmədiyimiz hər şey düşünülmüş və insanların sağlam, gözəl, rahat və uzun həyat sürməsini ən önəmli məsələ kimi qəbul ediblər.
"Batı Şehir" İstanbul içində şəhər kimidir. Atatürk hava limanından 10 dəqiqəlik məsafədə yerləşir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında