Azərbaycan Respublikası Mərkəzi Bankı xəzinə infrastrukturunun fəaliyyətini və əskinasçeşidləyici sistemlərin istismarını təmin etmək üçün

Azərbaycan Respublikası Mərkəzi Bankı
xəzinə infrastrukturunun fəaliyyətini və əskinasçeşidləyici sistemlərin istismarını təmin etmək üçün tələbata uyğun qablaşdırma materiallarının satınalınması məqsədilə
TENDER ELAN EDİR
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı xəzinə infrastrukturunun fəaliyyətini və əskinasçeşidləyici sistemlərin istismarını təmin etmək üçün tələbata uyğun aşağıda qeyd olunan qablaşdırma materiallarının satın alınması ilə əlaqədar "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanununa müvafiq olaraq açıq tender keçirir:
- termoyapışqanlı kağız lent;
-termoyapışqan selofan lent;
- notapack tipli qablaşdırıcı maşın üçün termoyığışan selofan lent;
- əskinaslar üçün banderol halqaları;
- əskinaslar və qəpiklər üçün alt/üst örtük;
- multivak tipli vakuum qablaşdırıcı üçün selofan torba;
- 20 kq yükgötürmə qabiliyyətli şəffaf selofan torba;
- birdəfəlik plastik plomb;
- mühafizə bantı (skotç plomb);
- ştrix-kod printer üçün kartric;
- ştrix-kod printer üçün etiket lenti;
- qutuların polipropilen lentlə bağlanması üçün dartıcı-lentləyici yarımavtomat maşın və polipropilen lent;
- paletlərin metal lentlə bağlanması üçün dartıcı-bərkidici əl aparatı və metal lent;
- texniki spirt;
- rulon salfet;
- pul rezini.
Tender proseduru 17 aprel 2012-ci il saat 15.00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2.Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
-tenderdə iştirak üçün yazılı müraciət;
-iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
-tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
-iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);
-Azərbaycan dilində iki nüsxədə tender təklifi (tender təklifi 31 may 2012-ci ilədək qüvvədə olmalıdır);
-tender təklifinin qiymətinin 1 faiz (bir faizi) məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);
3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 6 aprel 2012-ci il saat 18.00-a qədər ikiqat zərfdə möhürlənmiş, imzalanmış, digər tələb olunan sənədləri isə ən geci 16 aprel 2012-ci il saat 18.00-a qədər bağlı zərfdə möhürlənmiş, imzalanmış formada Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının aşağıdakı hesabına 150 (yüz əlli) manat məbləğində vəsait köçürməlidirlər:
Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № 0170690001944, kod 501004, m/h 0148010001944, VÖEN 9900071001, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.
5. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər: Correspondent bank: CITIUS33, Citibank New York Beneficiary's bank: NABZAZ2X, National Bank of the Republic of Azerbaijan Beneficiary: acc. № 0170690001944.
6. Malların təqdim edilməsi müddəti: satınalma müqaviləsinin imzalandığı gündən ən geci 60 təqvim günü ərzində.
7. Qiymətləndirmə meyarları: qiymət amili, texniki amil (malların keyfiyyəti və zəmanət şərtləri).
8.Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: N.Nəbiyev, telefon: 493 11 22 (495), faks: 493 55 41, elektron poçt ünvanı: [email protected] ailto:[email protected]
Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında