Şriftin ölçüsü:
07.03.2012 12:17 | Oxunma sayı: 417
Qusar Rayon İcra Hakimiyyəti
Qusar şəhərində abadlıq işlərinin görülməsi, küçələrə asfalt örtüyün salınması, qum-çınqıl qarışığından əsasın qoyulması, eləcə də rayonun kəndlərində məktəb binası tikintisinin aparılması ilə əlaqədar 2012-ci il üçün
AÇIQ TENDER ELAN EDİR
Tender 10 (on) LOT üzrə keçirilir:
Lot 1. Şəhərdə abadlıq işləri, küçələrə asfalt örtüyün salınması, qum-çınqıl qarışığından əsasın qoyulması.
Lot 2. 360 şagird yerlik Piral kənd tam orta məktəbin tikintisi işlərinin satınalınması.
Lot 3. 180 şagird yerlik Kuzun kənd tam orta məktəbin tikintisi işlərinin satınalınması.
Lot 4. 220 şagird yerlik Həsənqala kənd tam orta məktəbin tikintisi işlərinin satınalınması.
Lot 5. 180 şagird yerlik Zindan Muruq kənd ümumi orta məktəbin tikintisi işlərinin satınalınması.
Lot 6. 80 şagird yerlik Köhnə Xudat Qazmalar kənd ümumi orta məktəbin tikintisi işlərinin satınalınması.
Lot 7. 80 şagird yerlik Uqur kənd ümumi orta məktəbin tikintisi işlərinin satınalınması.
Lot 8. 180 şagird yerlik Ciləgir kənd tam orta məktəbin tikintisi işlərinin satınalınması.
Lot 9. 220 şagird yerlik Düztahir kənd tam orta məktəbin tikintisi işlərinin satınalınması.
Lot 10. 220 şagird yerlik Bədişqala kənd tam orta məktəbin tikintisi işlərinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 200 manat məbləğində göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qusar şəhəri, H.Əliyev prospekti, 134 nömrəli ünvandan (əlaqələndirici şəxs: İlyasova Güllü Qambay qızı. Tel: (0138) 5-24-98) ala bilərlər.
Təşkilat: Qusar YXO
Hesab: 32051019444800201148
VÖEN: 4700037841
Bank: "Kapital Bank"ın Qusar filialı
Kod: 200480
Hesab: 9900003611
Müxbir hesab: 4828010000
S.W.I. F.T: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar (arayışlar tender komissiyasının adına alınmalıdır);
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Forma-1, Forma-2);
-iddiaçının bir ildəki maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların gördüyü analoji işlər haqqında məlumat;
-iddiaçılar iş qrafikini təqdim etməlidirlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank zəmanəti istisna olmaqla) iş qrafiklərini 18 aprel 2012-ci il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 26 aprel 2012-ci il saat 15.00-a qədər, Qusar Rayon İcra Hakimiyyətinə (ünvan: Qusar şəhəri, H.Əliyev küçəsi, 134) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 27 aprel 2012-ci il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.