Şriftin ölçüsü:
07.03.2012 12:17 | Oxunma sayı: 549
Azərbaycan Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilən "Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi" Layihəsinin icraçı təşkilatı olan Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu aşağıdakı vakansiyalar üzrə sənədlərin qəbulunu keçirir:
- Mikrolayihələrin qiymətləndirilməsi üzrə mütəxəssis;
- təbliğat işləri üzrə menecerin köməkçisi;
- icmaların səfərbərliyi üzrə regional məsləhətçi - 4 nəfər;
- icmaların səfərbərliyi üzrə menecerin köməkçisi;
- ictimai yaşayış binalarının təmiri üzrə menecerin köməkçisi.
1. Mikrolayihələrin qiymətləndirilməsi üzrə mütəxəssis vakansiyası üzrə:
Tələb olunan ixtisas dərəcəsi:
Təhsil
İnşaat mühəndisliyi və ya oxşar sahədə ali təhsil (minimum bakalavr dərəcəsi, magistr dərəcəsinə üstünlük verilir);
Bilik və təcrübə
Tikinti, layihələndirmə və xüsusilə texniki-iqtisadi əsaslandırma sahəsində ən azı 5 il iş təcrübəsi;
tikinti və layihələndirmə standartları sahəsində biliklərə malik olmaq;
yerli inşaat bazarlarında material və əməyin qiyməti haqqında məlumatlı olmaq;
icma layihələrinin hazırlanması və icrası zamanı icma ilə yaxından işləmək bacarığı;
müxtəlif donor proqramları çərçivəsində iş təcrübəsinin olması arzu olunur;
Bacarıqlar
Azərbaycan və ingilis dillərini sərbəst bilməli;
Kompyuter proqramlarından mükəmməl istifadə etmək bacarığı (MS Windows, MS Excel, Word);
yaxşı ünsiyyət qurmaq bacarığı və icmanın həssas üzvləri ilə işləmək bacarığı;
texniki layihə sənədləri ilə işləmək, monitorinq və qiymətləndirmə bacarıqlarına malik olmaq;
lazım gəldikdə gərgin iş şəraitində çalışa bilmək qabiliyyəti.
2. Təbliğat işləri üzrə menecerin köməkçisi vakansiyası üzrə:
Tələb olunan ixtisas dərəcəsi:
Təhsil
Humanitar və yaxud mühəndislik üzrə ali təhsil (minimum bakalavr dərəcəsi, magistr dərəcəsinə üstünlük verilir);
Təcrübə və biliklər
Təbliğat işləri sahəsində ən azı 1 il iş təcrübəsi;
məcburi köçkünlərlə ən azı 1 il iş təcrübəsi;
Dünya Bankı və digər donorlar tərəfindən maliyyələşdirilən sosial və iqtisadi inkişaf layihələrinin hazırlanması və icrasında müvafiq təcrübə;
hesabat yazmaq və rəsmi əlaqələr yaratmaq bacarığı tələb olunur;
icmalarla çalışan təşkilatlarda iş təcrübəsi olanlara üstünlük verilir;
Digər bacarıqlar
Azərbaycan və rus dillərini sərbəst bilməli;
ingilis dilinin işə uyğun səviyyədə biliyinə üstünlük verilir;
Kompyuter proqramlarından mükəmməl istifadə etmək bacarığı (MS Windows, MS Excel, Word);
İcma səviyyəsində həssas insanlarla işləmək bacarığı.
3. İcmaların səfərbərliyi üzrə regional məsləhətçi vakansiyası üzrə:
Tələb olunan ixtisas dərəcəsi:
Təhsil
İqtisadiyyat və yaxud kənd təsərrüfatı üzrə ali təhsil (minimum bakalavr dərəcəsi, magistr dərəcəsinə üstünlük verilir);
Təcrübə və biliklər
Məcburi köçkün və qaçqınlarla ən azı 5 il iş təcrübəsi;
Təyin olunduğu rayonlarda yerli icmalarla iş təcrübəsi;
Təyin olunduğu rayonlarda sosial proqramlar və ya inkişaf layihələrində iş təcrübəsinə üstünlük verilir;
Təşkilatçılıq və ünsiyyət qura bilmək qabiliyyətinə malik olmaq;
Bacarıqlar
Azərbaycan dilini sərbəst bilməli.
4. İcmaların səfərbərliyi üzrə menecerin köməkçisi vakansiyası üzrə:
Tələb olunan ixtisaslar:
Təhsil
Humanitar sahə üzrə ali təhsil (minimum bakalavr dərəcəsi, magistr dərəcəsinə üstünlük verilir);
Təcrübə və biliklər
Məcburi köçkün və qaçqınlarla ən azı 2 il iş təcrübəsi;
Bacarıqlar
Azərbaycan və rus dillərini sərbəst bilməli (ingilis dilini bilənlərə üstünlük verilir);
Kompyuter proqramlarından mükəmməl istifadə etmək bacarığı (MS Windows, MS Excel, Word).
5. İctimai yaşayış binalarının təmiri üzrə menecerin köməkçisi vakansiyası üzrə:
Tələb olunan ixtisaslar:
Təhsil
İnşaat mühəndisliyi və ya oxşar sahələr üzrə ali təhsil (minimum bakalavr dərəcəsi, magistr dərəcəsinə üstünlük verilir);
Təcrübə və biliklər
Tikinti işlərinin layihələndirilməsi, xüsusilə də tikinti obyektlərinin nəzarəti sahəsində ən azı 5 il iş təcrübəsi;
tikinti norma və standartlarını, tikinti bazarında material, avadanlıq və əməyin qiymətləri haqqında geniş bilgilərə malik olmaq;
şəhərsalma, evtikmə və oxşar sahələrdə iş təcrübəsi olanlara üstünlük verilir;
məcburi köçkünlərlə ən azı 3 il iş təcrübəsi çox vacibdir.
Bacarıqlar
Azərbaycan və rus dillərini sərbəst bilməli (ingilis dilini bilənlərə üstünlük verilir);
kompyuter proqramlarından mükəmməl istifadə etmək bacarığı (MS Windows, MS Excel, Word).
Qeyd olunan əməkdaşlar Dünya Bankının Təlimatlar: "Dünya Bankının Borcalanları tərəfindən Məsləhətçilərin seçilməsi və işə götürülməsi" (may 2004, 2006-cı ilin oktyabr və 2010-cu ilin may ayında düzəlişlər edilmişdir) qaydalarına uyğun olaraq seçiləcək..
Namizədlər tərcümeyi -hallarını və diplomlarının surətlərini aşağıdakı ünvana 27 mart 2012-ci il, saat 18.00-dək MKSİF-in satınalmalar üzrə meneceri S. Əhmədova təqdim etməlidirlər.
Bakı şəhəri, Tbilisi prospekti, 57D, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu.
Telefon: (99412) 4318703; 4318769
Faks: (99412) 4318211
E-mail: [email protected]
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.