Şriftin ölçüsü:
03.03.2012 11:57 | Oxunma sayı: 430
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti
2012-ci ildə epizootiya əleyhinə tədbirlərin aparılması üçün bioloji preparat, diaqnostikum, alət, sarğı materialları və dezinfeksiyaedici maddələrin satınalınması məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Tender 2 (iki) Lot üzrə keçirilir:
I Lot. Bioloji preparatların satınalınması.
II Lot. Diaqnostikum, alət, sarğı materialları və dezinfeksiyaedici maddələrin satınalınması.
Tender proseduru 10 aprel 2012-ci il saat 15.00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin akt zalında keçiriləcəkdir (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, məhəllə 3123).
Bioloji preparatlar, diaqnostikum, alət, sarğı materialları və dezinfeksiyaedici maddələrin satınalınması büdcə vəsaitləri hesabına maliyyələşdirilir. Tenderin qalibi olmuş iddiaçılar tələb edilən bioloji preparatlar, diaqnostikumlar və digər malları Bakı şəhərində, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dövlət Baytarlıq Təchizatı Birliyinə 2012-ci il dekabrın 31-nə kimi təhvil verməlidirlər.
Tenderdə iştirak etmək istəyənlər, tenderin əsas şərtlər toplusunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin hesabına: VÖEN: 1500504901, "Kapital Bank"ın rabitə filialı, Kod: 200189, VÖEN (bank): 9900003611, M/H: 0137010001944, SWIFT BİK: AIIBAZ2X, DXA-nın 7 saylı xəzinədarlıq idarəsi, H/H 32051019441801748118, VÖEN: 1501412631.
I lot üçün 1700.00 manat, II lot üçün 500.00 manat və ya sərbəst dönərli valyuta ekvivalenti məbləğində iştirak haqqını ödədikdən sonra tender komissiyasının əlaqələndiricisi N.P.Abbasovdan ala bilərlər. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu 8-ci mikrorayon 3123-cü məhəllə, Dövlət Baytarlıq Xidməti, telefon (+99412) 563-41-67; tel/faks (+99412) 562-66-06; 562-18-76.
Tenderin əsas şərtlər toplusu Azərbaycan və rus dillərində hazırlanacaqdır.
Tender iştirakçıları öz tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq ikiqat bağlı zərfdə 9 aprel 2012-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır.
Tender təklifi və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə Lot nömrəsi , əsli və surəti 10 aprel 2012-ci il saat 15.00-a kimi açılmamalıdır sözləri qeyd olunmalıdır.
İddiaçı bioloji preparatlar, diaqnostikum, alət, sarğı materialları və dezinfeksiyaedici maddələrlə bağlı ödənilməli olan vergi və rüsumları öz təklifində nəzərə almalıdır.
İddiaçı tender təklifinin 2 faizi həcmində, ən azı 60 bank günü qüvvədə qalan (zərflərin açıldığı tarixdən) səlahiyyətli bank tərəfindən verilmiş təminat təqdim etməlidir.
Tender təkliflərinin qiymətləndirilməsi zamanı ən sərfəli qiymətə, yüksək keyfiyyətə, müqavilənin vaxtında icra edilməsinə, iddiaçının potensial maliyyə və texniki imkanlarına, aidiyyəti işlər üzrə təcrübəsinin olmasına üstünlük veriləcəkdir.
İştirakçılar aşağıda qeyd olunmuş sənədləri 2 aprel 2012-ci il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər:
tenderdə iştirak etmək üçün ərizə;
iddiaçının rekvizitləri (tam adı, hüquqi statusu, qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və lisenziyası);
iddiaçının potensial imkanlarının olması, ixtisas göstəriciləri və əgər mümkündürsə, son 3 ildə aidiyyəti iş üzrə fəaliyyəti haqqında texniki - iqtisadi məlumatlar;
iddiaçının son bir ildə maliyyə vəziyyəti barədə bank arayışı;
iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış;
işin icrası ilə bağlı digər məlumatlar.
Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyən vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Telefonlar: (+99412) 563-41-67; 562-66-06; 562-18-76;
www.tender.gov.az
{nl}
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.