ADB/AZERSU/WSSIP/MFF032-T2-ICB-1.03/GOYCHAY P2

ADB/AZERSU/WSSIP/MFF032-T2-ICB-1.03/GOYCHAY P2
Göyçay üçün Tenderə Dəvət Tarix: 1 mart 2012-ci il Kredit No. və Adı: 2842-AZE, Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı - Layihə 2 Müqavilə No. və Adı: MFF-032-T2-ICB-1.03, Göyçay şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası və suqəbuledici qurğuların tikintisinin tamamlanması, paket 2 (Beynəlxalq müsabiqəli tender)
Sənədlərin təqdim olunması üçün son tarix 20 aprel 2012-ci il, saat 16:00 (yerli vaxtla).
1. Azərbaycan Hökuməti Asiya İnkişaf Bankından (AİB) Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı - Layihə 2 çərçivəsində kredit vəsaiti almağı planlaşdırır. Bu kredit vəsaitinin bir hissəsi yuxarıda qeyd olunan beynəlxalq müsabiqəli tender (BMT) üzrə ödənişlər üçün istifadə olunacaqdır. Tender AİB-nin seçilmək hüququna malik ölkələrdən olan bütün iddiaçılar üçün açıqdır. "Məqbul/qeyri-məqbul" üzrə qiymətləndirmə tələbləri 3-cü bölmədə (tender sənədlərinin qiymətləndirilmə və kvalifikasiya meyarları) verilmişdir.
2."Azərsu" Açıq Səhmdar Cəmiyyəti ("Azərsu" ASC) ("Sifarişçi"), Göyçay şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası və suqəbuledici qurğuların tikintisinin tamamlanması, paket 2 üzrə tender sənədləri təsdiq edilən seçilmiş iddiaçıları iş birliyinə dəvət edir. İşlər aşağıdakılardan ibarətdir, lakin bunlarla məhdudlaşmaya bilər:
suqəbuledici qurğular
Suqaldırıcı boruların, sualtı nasosların və quyunu daxildən əhatə edən süzgəcli boruların quraşdırılması da daxil olmaqla 2 artezian quyusunun (dərinliyi - 140 m) qazılması; 2 artezian quyusu üzərində xırda bölmələrin (özəklərin) tikilməsi.
Su təchizatı sistemi
Təqribən 55 500 m uzunluğunda su paylayıcı şəbəkənin çəkilməsi.
Təqribən 45 000 m2 sahədə asfalt və çınqıllı yolların bərpası.
Evlərin su ilə təchiz edilməsi və su sayğaclarının quraşdırılması - 3 340 ədəd.
Kanalizasiya sistemi
46 600 m uzunluğunda çirkab su (kanalizasiya) şəbəkəsinin çəkilməsi.
Təqribən 45 300 m2 sahədə asfalt və çınqıllı yolların bərpası.
2 340 ədəd ev birləşməsi. ("İşlər").
İcra müddəti 548 gündür.
3.Yuxarıda qeyd edilmiş bütün işlər cizgilərə və spesifikasiyalara uyğun icra edilməlidir. Su paylanması və kanalizasiya şəbəkələri üzrə işlərin bəzi hissəsi digər müqavilələr əsasında görüləcəkdir və iddiaçılar 6-cı bölmədə (tender sənədləri üzrə sifarişçinin tələbləri) verilmiş məlumatları nəzərdən keçirməlidirlər.
4. Daha ətraflı məlumat əldə etmək və tender sənədlərini nəzərdən keçirmək üçün iddiaçılar aşağıdakı ünvana müraciət etməlidirlər:
Cənab Madər Quliyev,
Beynəlxalq layihələrin idarə olunması şöbəsinin rəisi
"Azərsu" ASC
Moskva prospekti, 67, AZ1012 Bakı, Azərbaycan
Tel: + 99412 530 43 44
Faks: + 99412 430 29 11
E-poçt: [email protected]
5. İngilis dilində tender sənədlərini əldə etmək üçün iddiaçılar aşağıda göstərilənlərə riayət etməlidirlər:
(a)Yuxarıda göstərilmiş ünvanda yerləşən "Azərsu" ASC-nin ofisinə getməli və geri qaytarılmayan 100 manat və ya 130 ABŞ dolları ekvivalentini nağd ödəməlidirlər, və ya
(b)Ölkədaxili çatdırılma üçün 100 manat və ya 130 ABŞ dolları ekvivalentini və ölkədən kənar çatdırılma üçün isə 200 manat və ya 260 ABŞ dolları ekvivalentini aşağıda göstərilmiş bank hesabına köçürdükdən sonra sənədlərin çatdırılması üçün yuxarıda göstərilmiş "Azərsu" ASC-nin ünvanına yazılı formada müraciət ərizəsi göndərməlidirlər. Sənədlər kuryer vasitəsilə göndəriləcəkdir. İtki və gec çatdırılmağa görə heç bir məsuliyyət daşınmır.
Benefisiarın Adı: "Azərsu" ASC
INTP: 9900001751
Benefisiarın Bankı: Azərbaycan Beynəlxalq Bankı
Yerli valyuta ilə hesab nömrəsi: CCS 308718 AZN 3302-01
Xarici valyuta ilə hesab nömrəsi: CCS 308718 USD 3312-01
Kod: 805250
SWIFT Kod: IBAZAZ2X
6.Tender sənədlərini elektron köçürmə və nağd ödəniş təsdiqi qarşılığında "Azərsu"nun ofisindən əldə etmək olar. Bundan əlavə, yazılı müraciət və ödəniş etdikdən sonra "Azərsu" tender sənədlərini kuryer vasitəsilə maraqlanan tərəflərə göndərəcəkdir. Tender sənədləri yalnız elektron formatda (DVD) tərtib ediləcəkdir.
7.Təkliflərin təqdim olunması:
Təkliflərinizi tender sənədlərində (bölmə 1 & 2, paraqraf: ITB 19.1) göstərildiyi kimi tender zəmanəti ilə birlikdə "Azərsu" ASC, Moskva prospekti, 67, mərtəbə 3, otaq 321, AZ1012 Bakı, Azərbaycan ünvanına 20 aprel 2012-ci il saat 16:00-dan gec olmamaq şərti ilə təqdim etmək xahiş olunur.
8.Tender, təkliflərin son təqdimetmə tarixindən dərhal sonra iddiaçıların nümayəndələrinin iştirakı ilə açılacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında