Şriftin ölçüsü:
29.02.2012 12:24 | Oxunma sayı: 466
ADB/AZERSU/WSSIP/MFF032-T2-ICB-1.02 Beyləqan üçün tenderə dəvət
Tarix: 29 fevral 2012-ci il.
Kredit No. və Adı:2842-AZE, Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı - Layihə 2 Müqavilə No. və Adı:MFF-032-T2-ICB-1.02, Beyləqan şəhərində su qəbuledici qurğuların tikintisi, su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası (Beynəlxalq müsabiqəli tender)
Sənədlərin təqdim olunması üçün son tarix 10 aprel 2012-ci il, saat 16:00 (yerli vaxtla)
1. Azərbaycan Respublikası Asiya İnkişaf Bankından (AİB) Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı - Layihə 2 çərçivəsində kredit vəsaiti almağı planlaşdırır. Bu kredit vəsaitinin bir hissəsi yuxarıda qeyd olunan beynəlxalq müsabiqəli tender (BMT) üzrə ödənişlər üçün istifadə olunacaqdır. Tender AİB-nın seçilmək hüququna malik ölkələrdən olan bütün iddiaçılar üçün açıqdır. "Məqbul/qeyri-məqbul" üzrə qiymətləndirmə tələbləri 3-cü bölmədə (tender sənədlərinin qiymətləndirilmə və kvalifikasiya meyarları) verilmişdir.
2. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ("Azərsu" ASC) ("Sifarişçi"), Beyləqan şəhərində su qəbuledici qurğuların tikintisi, su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası üçün tender sənədləri təsdiq edilən seçilmiş iddiaçıları iş birliyinə dəvət edir. İşlər aşağıdakılardan ibarətdir, lakin bunlarla məhdudlaşmaya bilər:
Su qəbuledici qurğular
Su qaldırıcı boruların, sualtı nasosların və quyunu daxildən əhatə edən süzgəcli boruların quraşdırılması da daxil olmaqla 5 artezian quyusunun (dərinliyi - 150 m) qazılması; 5 artezian quyusu üzərində xırda bölmələrin tikilməsi. Elektrik xətlərinin çəkilməsi və transformatorların quraşdırılması, landşaft və çəpərləmə işlərinin aparılması.
1961 m uzunluğunda yüksək sıxlıqlı polietilen borularla birləşdirici xətlərin çəkilməsi.
Aşağıdakılar da daxil olmaqla su toplayıcı hövzələrin tikilməsi:
Mühafizə məntəqəsi;
Su qəbuledici qurğu;
500 m3 həcmində 2 ədəd su anbarı;
nasosxana;
transformator / generator bölmələri;
üstdən boru xətlərinin çəkilişi, landşaft və çəpərləmə işləri;
180 m uzunluğunda yeni yol xətlərinin çəkilməsi və 2 200 m uzunluğunda mövcud yolların bərpası;
8 358 m uzunluğunda yüksək sıxlıqlı polietilendən ötürücü xətlərin çəkilməsi;
aşağıdakılar da daxil olmaqla su anbarı sahəsinin tikilməsi:
mühafizə məntəqəsi;
su qəbuledici qurğu;
2000 m3 həcmində 2 ədəd mövcud su anbarının təmiri;
mövcud nasosxananın təmiri;
xlorlama binasının tikintisi;
laboratoriya tikintisi;
transformator / generator bölmələri;
üstdən boru xətlərinin çəkilişi, landşaft və çəpərləmə işləri.
Su təchizatı sistemi
Təqribən 71 000 m uzunluğunda su paylayıcı şəbəkənin çəkilməsi.
Təqribən 49 000 m2 sahədə asfalt və çınqıllı yolların bərpası.
Evlərin su ilə təchiz edilməsi və su sayğaclarının quraşdırılması - 3 400 ədəd.
Kanalizasiya sistemi
79 000 m uzunluğunda çirkab su (kanalizasiya) şəbəkəsinin çəkilməsi.
Təqribən 56 000 m2 sahədə asfalt və çınqıllı yolların bərpası.
Ev birləşmələri - 2 750 ədəd.
İnzibati qurğular
Aşağıdakılar da daxil olmaqla inzibati ofis binasının tikintisi:
əsas inzibati ofis binasının tikintisi;
qazanxana;
transformator bölməsi;
üstdən boru xətlərinin çəkilişi, landşaft və çəpərləmə işləri;
aşağıdakılar da daxil olmaqla treninq binasının tikintisi:
mühafizə məntəqəsi;
ərazi ofislərinin tikintisi;
avtodayanacaqlar;
qazanxana;
anbar;
mexaniki emalatxana;
10 m3 həcmində su qülləsi;
transformator bölməsi;
üstdən boru xətlərinin çəkilişi, landşaft və çəpərləmə işləri. ("İşlər").
İcra müddəti 548 gündür.
3. Yuxarıda qeyd edilmiş bütün işlər cizgilərə və spesifikasiyalara uyğun icra edilməlidir. Su paylanması və kanalizasiya şəbəkələri üzrə işlərin bəzi hissəsi digər müqavilələr əsasında görüləcəkdir və iddiaçılar 6-cı bölmədə (tender sənədləri üzrə sifarişçinin tələbləri) verilmiş məlumatları nəzərdən keçirməlidirlər.
4. Daha ətraflı məlumat əldə etmək və tender sənədlərini nəzərdən keçirmək üçün iddiaçılar aşağıdakı ünvana müraciət etməlidirlər:
Ünvan:Moskva prospekti 67, AZ1012, Bakı, Azərbaycan
Əlaqələndirici şəxs: Madər Quliyev, Beynəlxalq layihələrin idarə olunması şöbəsinin rəisi "Azərsu" ASC Tel: (+994 12) 530 43 44
Fax: (+994 12) 430 29 11
İnternet ünvan: [email protected]
5. İngilis dilində tender sənədlərini əldə etmək üçün iddiaçılar aşağıda göstərilənlərə riayət etməlidirlər:
(a)Yuxarıda göstərilmiş ünvanda yerləşən "Azərsu" ASC-nin ofisinə getməli və geri qaytarılmayan 100 manat və ya 130 ABŞ dolları ekvivalentini nağd ödəməlidirlər, və ya
(b)Ölkə daxili çatdırılma üçün 100 manat və ya 130 ABŞ dolları ekvivalentini və ölkədən kənar çatdırılma üçün isə 200 manat və ya 260 dolları ekvivalentini aşağıda göstərilmiş bank hesabına köçürdükdən sonra sənədlərin çatdırılması üçün yuxarıda göstərilmiş "Azərsu" ASC-nin ünvanına yazılı formada müraciət ərizəsi göndərməlidirlər. Sənədlər kuryer vasitəsilə göndəriləcəkdir. İtki və gec çatdırılmağa görə heç bir məsuliyyət daşınmır.
Benefisiarın adı:"Azərsu" ASC
INTP:9900001751
Benefisiarın Bankı:Azərbaycan Beynəlxalq Bankı
Yerli valyuta ilə hesab nömrəsi:CCS 308718 AZN 3302-01
Xarici valyuta ilə hesab nömrəsi:CCS 308718 USD 3312-01
Kod:805250
SWIFT Kod:IBAZAZ2X
6. Tender sənədlərini elektron köçürmə və nağd ödəniş təsdiqi qarşılığında Azərsunun ofisindən əldə etmək olar. Bundan əlavə, yazılı müraciət və ödəniş etdikdən sonra "Azərsu" tender sənədlərini kuryer vasitəsilə maraqlanan tərəflərə göndərəcəkdir. Tender sənədləri yalnız elektron formatda (DVD) tərtib ediləcəkdir.
7. Təkliflərin təqdim olunması:
Təkliflərinizi tender sənədlərində (bölmə 1&2, paraqraf: ITB 19.1) göstərildiyi kimi tender zəmanəti ilə birlikdə "Azərsu" ASC, Moskva prospekti, 67, mərtəbə 3, otaq 321, AZ1012 Bakı, Azərbaycan ünvanına 10 aprel 2012-ci il saat 16:00-dan gec olmamaq şərti ilə təqdim etmək xahiş olunur.
8. Tender təklifləri son təqdimetmə tarixindən dərhal sonra iddiaçıların nümayəndələrinin iştirakı ilə açılacaqdır.
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.