Şriftin ölçüsü:
29.02.2012 12:22 | Oxunma sayı: 665
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, ətraf qəsəbələrin və regionların su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi məqsədilə 2012-ci ildə tikinti-quraşdırma işlərinin görülməsi ilə əlaqədar
AÇIQ TENDER ELAN EDİR
Tender 7 (yeddi) LOT üzrə keçirilir.
LOT-1. Bakı su şəbəkələrində SCADA idarəetmə sisteminin qurulması ilə əlaqədar 2400 ədəd D 50 - 800 mm olan krohne (elektromaqnit) və ya Endress+Hauser su sərfölçənlərindən 410 ədəd sərfölçənlərin quraşdırılması.
LOT-2. Ceyranbatan su təmizləyici qurğular kompleksində bina və qurğuların yenidən qurulması.
LOT-3. Xırdalan şəhərinin su təchizatının yenidən qurulması.
LOT-4. Xırdalan-Xocahəsən tunel tipli kanalizasiya kollektorunun tikintisi.
LOT-5. Şirvan-Salyan-Neftçala magistral su kəmərinin tikintisi.
LOT-6. Qusar- Quba kanalizasiya kollektorunun tikintisi.
LOT-7. Sayğacların diaqnostikası üçün laboratoriyanın, elektrik və mexaniki avadanlıqların təmiri sexinin tikintisi.
Yenidənqurma və tikinti işləri 2012-ci ilin sonuna qədər yerinə yetirilməlidir.
Tender iştirakçıları öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə və ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, analoji işlərdə təcrübə, texniki imkanlar və kadr potensialı.
Tender prosedurunda iştirak etmək istəyənlər ərizə ilə tender komissiyasına müraciət edərək, elanda göstərilən sənədləri tender komissiyasına təqdim edirlər. Komissiya tərəfindən müsbət rəy verildikdən sonra aşağıda göstərilən hesablaşma hesabına geri qaytarılmayan hər lot üçün 300 manat məbləğində vəsait ödəməklə Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti, 67 nömrəli ünvandan (əlaqələndirici şəxs: Namazov Qədir Lətif oğlu, tel: 431-47-68 daxili №: 3375) əldə edə bilərlər.
"Kapital Bank"ın 1 saylı Nəsimi filialı
Kod: 200112
VÖEN: 9900003611
Hesab: 33070019441100216111
VÖEN: 9900001751
M/h: 0137010001944
SWİFT: AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: tenderdə iştirak etmək üçün yazılı müraciət; tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalır);
tender təklifi qiymətinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə qalır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
İddiaçının qeyd olunmuş obyektlərə uyğun tikinti-quraşdırma işlərini yerinə yetirmək üçün FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən icazə sənədi (Lisenziya);
iddiaçının maddi-texniki bazası, işçi qüvvəsinin (xüsusilə mühəndis işçiləri) təcrübə səviyyəsi barədə məlumat;
iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
iddiaçının son bir il ərzində gördüyü işlər haqqında sifarişçi təşkilat tərəfindən arayış;
iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, mülkiyyətçisi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
obyektin tikintisində texniki sənədləşmə Nazirlər Kabinetinin 5 dekabr 2008-ci il tarixli 272 nömrəli qərarına əsasən aprılmalıdır;
tenderdə vasitəçilik fəaliyyətini həyata keçirən və maddi-texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr tender prosedurunda iştirak edə bilməzlər;
podratçı tenderin əsas şərtlər toplusunda göstərilən bütün maddələrə dəqiq əməl etməlidir. Hər hansı müddəa pozularsa, podratçı təşkilat barədə ciddi tədbir görüləcəkdir.
tenderdə iştirak haqqının ödənilməsi barədə sənəd;
iddiaçı qalib gəldikdən sonra təklifin dəyərinin 5 faizi həcmində bankdan icra və keyfiyyət zəmanəti təqdim etməlidir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 11 aprel 2012-ci il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 18 aprel 2012-ci il saat 17.00-a qədər "Azərsu" Açıq Səhmdar Cəmiyyəti Tikinti Departamentinin əsaslı tikinti şöbəsinə (ünvan: Moskva prospekti, 67) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri 19 aprel 2012-ci il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.