SATINALMALAR ÜZRƏ XÜSUSİ BİLDİRİŞ AZƏRBAYCAN RESPUBLİKASI Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi

SATINALMALAR ÜZRƏ XÜSUSİ BİLDİRİŞ AZƏRBAYCAN RESPUBLİKASI Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi (MSTKXL) Kredit No: 7460-AZ Tenderə Dəvət
25 yanvar 2012-ci ildə "Xalq qəzeti"ndə dərc olunmuş elana istinad edilir.
Tender təkliflərinin təqdim olunması vaxtının dəyişdirilməsi nəticəsində xüsusi satınalma bildirişinin yenidən elan edilməsi zərurəti yaranmışdır.
Nəzərdə tutulmuş müqavilələr:
1.Qəbələ şəhəri üçün su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisi.
2. Şamaxı şəhəri üçün su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisi.
Azərbaycan Respublikası Hökuməti "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsinin" maliyyələşdirilməsi üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından kredit vəsaitləri əldə etmişdir. Bu kredit vəsaitlərinin bir hissəsinin müqavilə No: DB/7460/LV/008/129 - Qəbələ şəhəri üçün su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisi və müqavilə No: DB/7460/LV/009/130 - Şamaxı şəhəri üçün su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisi məqsədilə müqavilə çərçivəsində hüquqi ödəmələrə ayrılması nəzərdə tutulur.
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti yuxarıda göstərilən müqavilələrin bağlanması üçün seçilmək hüququna malik iddiaçıları öz təkliflərini təqdim etməyə dəvət edir:
MST 5-1-1: Qəbələ şəhəri üçün su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisi.
MST 5-2-1: Şamaxı şəhəri üçün su təchizatı sistemləri və çirkab su kollektorlarının tikintisi.
Beynəlxalq müsabiqəli tender dünya bankının bir mərhələli tender proseduruna müvafiq olaraq həyata keçiriləcəkdir.
Bu təklif hər iki lot üçün hissə və paketlər əsasında yerinə yetirilir. İddiaçılar hər hansı bir müqavilə və ya birgə müqavilələr üçün təklif verə bilərlər. Onların ixtisas uyğunluğu, belə iddiaçıların III bölmədə təsvir olunan ixtisas uyğunluğunun müəyyən olunması meyarlarının yerinə yetirilməsi təmin olunmaqla, bir və ya iki müqavilə üçün müəyyən oluna bilər. İddiaçılara bir və ya bir neçə müqavilələrin (hissələr) qalibi üzrə təkliflərində çarpaz güzəştləri təklif etmək üçün icazə verilir. Bütün təkliflər və birgə təkliflər eyni son təqdim etmə tarixinədək təqdim edilməli və borcalanın aşağı qiymətləndirilmiş təklifi və ya birgə təklifi müəyyən etməsi üçün açılmalı və eyni zamanda qiymətləndirilməlidir.
Maraqlanan iddiaçılar daha ətraflı məlumatı və tender sənədlərini aşağıdakı ünvandan əldə edə bilərlər:
Cənab Madər Quliyev
Beynəlxalq Layihələrin İdarə Olunması şöbəsinin rəisi
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti,
Moskva prospekti, 67.
3-cü mərtəbə, otaq No. 321
Azərbaycan Bakı, AZ1012
Telefon: +99412 530 43 44
Faks: +99412 431 33 55
Email: [email protected]
İddiaçılar üçün təlimatlarda və müqavilənin ümumi şərtlərində olan müddəalar Dünya Bankının işlərin satınalınması üzrə standart tender sənədlərində əks olunan müddəalardır.
Tender təklifləri 300.000 (üç yüz min) ABŞ dolları həcmində tender zəmanəti ilə birlikdə yuxarıda qeyd olunan ünvana 12 mart 2012-ci il saat 16:00-dan gec olmamaq şərti ilə çatdırılmalıdır. Tender zəmanətləri hər bir tender paketi üçün ayrı-ayrılıqda təmin edilməlidir.
Maraqlanan iddiaçılar ingilis dilində tender sənədlərinin tam dəstini yazılı formada ərizə təqdim etdikdən və geri qaytarılmayan 160 AZN (yüz altmış Azərbaycan manatı) və ya 200 (iki yüz) ABŞ dollarını aşağıda göstərilən hesaba birbaşa köçürdükdən sonra yuxarıda qeyd olunan ünvandan əldə edə bilərlər. Tələb olunduğu təqdirdə əlavə geri qaytarılmayan 200 AZN (iki yüz Azərbaycan manatı) və ya 250 (iki yüz əlli) ABŞ dollarını eyni hesaba birbaşa köçürməklə kuryer vasitəsilə iddiaçıya göndərilə bilər.
Benefisiarın adı: "Azərsu" ASC
INTP: 9900003611
Benefisiarın Bankı:"Kapital Bank" 1 saylı Nəsimi filialı
Yerli valyuta ilə hesab No: 33070019441100216111
Xarici valyuta ilə hesab No: 33170019441100216111
Kod: 200112
SWIFT Code: AIIBAZ 2X
Təkliflər 12 mart 2012-ci il saat 16:00-da iştirak etmək istəyən iddiaçıların nümayəndələrinin iştirakı ilə aşağıdakı ünvanda açılacaqdır.
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti
Moskva prospekti, 67, AZ1012
Konfrans zalı, 5-ci mərtəbə
Azərbaycan, Bakı, AZ1012


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında