"AtaBank" ASC-nin POS-terminal şəbəkəsi genişlənir

Nağdsız ödənişlərin stimullaşdırılması və nağd ödənişlərin məhdudlaşdırılması məqsədilə respublikada zəruri işlər həyata keçirilir. Görülən işlərin məntiqi nəticəsi olaraq POS-terminalla təchiz edilmiş ticarət və iaşə obyektlərinin sayı durmadan artır. "AtaBank" ASC tərəfindən POS terminallar pulsuz quraşdırılır və xidmətə görə əlavə komissiya tələb olunmur. 
"AtaBank" ASC nağdsız ödənişlər bazarının həcminin artmasını və gələcəyini nəzərə alaraq bu sahədə fəaliyyətini daha da sürətləndirməyə, 2012-ci il ərzində POS-terminal şəbəkəsini bir neçə dəfə artırmağı qarşısına məqsəd qoymuşdur. Artıq ilkin nəticələr də bəllidir. Fevral ayının 15-nə olan məlumata görə bankın POS-terminallarının sayı 1000 ədədi keçmişdir. İlin əvvəli ilə müqayisədə artım 65% təşkil etmişdir.
Qeyd edək ki, "AtaBank" ASC dünyanın ikinci ən böyük beynəlxalq ödəniş sistemi olan "MasterCard Europe Sprl" ilə danışıqlara start vermişdir. Cari il ərzində bu prosesin yekunlaşması gözlənilir. Yeni sistemə qoşulmaq bankın müştərilərinə yeni imkanlar yaradacaq və əlavə seçim imkanı verəcəkdir.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında