Şriftin ölçüsü:
21.02.2012 02:19 | Oxunma sayı: 473
Azərbaycan Respublikası Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi
Kredit № 7549-AZ
Balaxanı Poliqonu üçün poliqon avadanlığının satınalınması
G-1B
1.Bu layihə ilə əlaqədar təkliflər üçün dəvət 11 iyul 2009-cu il tarixdə DgMarket internet səhifəsində dərc olunan ümumi satınalma bildirişinə əsaslanır.
2.Azərbaycan Hökuməti Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin həyata keçirilməsi məqsədilə kredit almış və bu kredit vəsaitinin bir hissəsini Balaxanı Poliqonu üçün poliqon avadanlığının satınalınması müqaviləsindən irəli gələn ödənişlərə tətbiq etmək niyyətindədir.
3.İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən Layihə İdarəetmə Qrupu (LİQ) metan detektoru, tırtıllı buldozer, avtoqreyder, hidravlik ekskavator və özüboşaldan yük maşını satınalınması üçün münasib və ixtisaslı iddiaçıları möhürlənmiş təkliflərini təqdim etməyə dəvət edir.
Avadanlığın adı sayı
Metan detektoru 2
Tırtıllı buldozer 1
Avtoqreyder 1
Hidravlik ekskavator 1
Özüboşaldan yük maşını 4
4.Tender Dünya Bankının (may 2004-cü il, 1 oktyabr 2006-cı il və 1 may 2010-cu ildə yenidən qəbul olunmuş) BYİB və BİA kreditlərinin satınalınması üçün təlimatlarında göstərilən Beynəlxalq Rəqabətli Tender Müsabiqəsi (BRTM) Prosedurlarına əsasən keçiriləcəkdir və təlimatlara uyğun müvafiq ölkələrdən olan bütün iddiaçılar üçün açıqdır.
5.İddiaçılar əlavə məlumatı LİQ-in satınalma üzrə mütəxəssisi Hüseynqulu İsmayılovdan ([email protected]) əldə edə bilərlər və tender sənədlərini aşağıda göstərilən ünvanda Bakı vaxtı ilə saat 9.00-dan 18.00-a kimi yoxlaya bilərlər.
6. Bu təyinat üçün iddiaçı son beş il ərzində oxşar avadanlıqlar üzrə ən azı 2 uğurla başa çatdırılmış müqaviləyə malik olmalıdır. Benefisiarlar tərəfindən müqavilələrin müvəffəqiyyətlə tamamlanmasına dair rəylərin verilməsi tələb olunur. İddiaçı şirkətlər TÜD çərçivəsində tələb olunan oxşar avadanlığın istehsalı və ya təchizatı üzrə ən azı 5 illik təcrübəyə malik olmalıdırlar. İddiaçı təchiz olunacaq bütün əmtəələrin bazarda ən azı 2 il mövcud olduğuna dair sənədli sübut təqdim etməlidir. Müəyyənləşdirilən əmtəələri istehsal edən yerli şirkətlərə üstünlüklər tətbiq olunmayacaqdır. Əlavə məlumatlar tender sənədlərində göstərilmişdir.
7.İddiaçılar tender sənədlərinin ingilis dilindəki tam toplusunu aşağıda göstərilən ünvana yazılı şəkildə müraciət təqdim etməklə və geri qaytarılmayan 120 AZN və ya 150 ABŞ dolları dəyərində məbləği ödəməklə əldə edə bilərlər. Ödəniş birbaşa depozit və ya İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin həyata keçirilməsi üzrə LİQ-un aşağıda göstərilən hesabına köçürmə yolu ilə həyata keçirilə bilər. Tender sənədləri kuryer vasitəsilə göndəriləcəkdir.
ABŞ DOLLARI HESABI AZN HESABI
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
VÖEN 1700012751
Hesab №: 33318018401100442120USD
Azərbaycan Beynəlxalq Bankının Bakı Filialı
Bank kodu (BIC): 805250
Müxbir hesab: 0137010002944
SWIFT: IBAZAZ2X
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
VÖEN 1700012751
Hesab №: 33308019441100442120AZN
Azərbaycan Beynəlxalq Bankının Bakı Filialı
Bank kodu (BIC): 805250
Müxbir hesab: 0137010002944
SWIFT: IBAZAZ2X
8.Təkliflər 9 aprel 2012-ci il Bakı vaxtı ilə saat 15.00-dan gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir. Təkliflərin elektron şəkildə təqdim edilməsinə icazə verilmir. Gecikmiş təkliflər qəbul olunmayacaqdır. Təkliflər aşağıda göstərilən ünvanda 9 aprel 2012-ci il Bakı vaxtı ilə saat 15.00-da açılış mərasimində şəxsən iştirak etmək arzusunda olan iddiaçıların nümayəndələrinin iştirakı ilə açılacaqdır. Bütün təkliflər 30.000 ABŞ dolları və ya bu məbləğə ekvivalent olan və sərbəst şəkildə mübadilə edilə bilən valyuta ilə ifadə olunmuş məbləğdə təklif təminatı ilə birlikdə təqdim edilməlidir.
9. Ünvan:
Layihə İdarəetmə Qrupu
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi
İqtisadi İnkişaf Nazirliyi
Hüseynqulu İsmayılov, satınalma üzrə mütəxəssis
Xocalı prospekti, 55, AZ1025
Bakı, Azərbaycan Respublikası
Faks: (99412) 464 4157
Telefon: (99412) 464 4156
E-mail: [email protected]
www.iswm.az ttp://www.iswm.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.