Azərbaycan Respublikası Mərkəzi Bankının illik hesabatının, aylıq bülletenlərinin, maliyyə sabitliyi və pul siyasəti icmallarının çap edilməsi ilə bağlı tender elanı

1.Azərbaycan Respublikası Mərkəzi Bankının illik hesabatının, aylıq bülletenlərinin, maliyyə sabitliyi və pul siyasəti icmallarının çap edilməsi ilə bağlı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender keçirilir. 
Tender proseduru 27 mart 2012-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- Azərbaycan dilində iki nüsxədə (əsli və surəti) tender təklifi (11 may 2012-ci ilədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 2 (iki) %-i məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada 26 iyun 2012-ci il qüvvədə olmaq şərti ilə);
- iddiaçının 2010-cu il üzrə fəaliyyətinin auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatı;
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə vergi orqanından arayış;
- iddiaçı tərəfindən son üç ildə hazırlanmış oxşar çap məhsullarının nümunələri;
- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumatlar.
3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 26 mart 2012-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri və məlumatları isə ən geci 9 mart 2012-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
4. İştirak haqqı 100 (yüz) manatdır. Tenderdə iştirak haqqı Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına köçürülməlidir:
Hesab: 0148010001944
Kod: 501004
VÖEN: 9900071001

Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.
5. İşlərin görülməsinə başlanma vaxtı: satınalma müqaviləsi imzalandıqdan sonra.
6. Xidmətin göstərilmə müddəti: 12 ay.
7. Qiymətləndirmə meyarları: maliyyə amili, texniki amillər: çap məhsulunun keyfiyyəti (texniki xarakteristikası), iş təcrübəsi, təqdim olunan nümunələrin keyfiyyəti, ödəniş şərtləri.
8. Tenderdə iştirak etmək istəyənlər iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. Tender üzrə əlaqələndirici şəxs: Namiq Nağdəliyev (pul siyasəti departamentinin əməkdaşı). Telefon: 493-11-22 (375).

{nl}

Tender komissiyası

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında