Şriftin ölçüsü:
14.02.2012 11:21 | Oxunma sayı: 451
Tarix 14 fevral 2012-ci il Kredit No. və Adı: 2842-AZE: Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı - Layihə 2 Contract No. and Title: MFF-032-T2-ICB-1.01: Ağdaş şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin bərpa işlərinin tamamlanması (Beynəlxalq Müsabiqəli tender) Sənədlərin təqdim olunması üçün son tarix 30 mart 2012-ci il, saat 16:00
{nl}
1. Azərbaycan Respublikası Asiya İnkişaf Bankından (AİB) Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı - Layihə 2 çərçivəsində kredit vəsaiti almağı planlaşdırır. Bu kredit vəsaitinin bir hissəsi yuxarıda qeyd olunan Beynəlxalq Müsabiqəli tender (BMT) üzrə ödənişlər üçün istifadə olunacaqdır. Tender AİB-in seçilmək hüququna malik ölkələrdən olan bütün iddiaçılar üçün açıqdır. "Məqbul/qeyri-məqbul" üzrə qiymətləndirmə tələbləri 3-cü bölmədə (tender sənədlərinin qiymətləndirilmə və kvalifikasiya meyarları) verilmişdir.
2. Azərsu Açıq Səhmdar Cəmiyyəti ("Azərsu" ASC) ("Sifarişçi"), Ağdaş şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin bərpa işlərinin tamamlanması üzrə tender sənədləri təsdiq edilən seçilmiş iddiaçıları iş birliyinə dəvət edir. İşlər aşağıdakılardan ibarətdir, lakin bunlarla məhdudlaşmaya bilər:
Su Qəbuledici Qurğular
Su qaldırıcı boruların, sualtı nasosların və quyunu daxildən əhatə edən süzgəcli boruların quraşdırılması da daxil olmaqla 2 artezian quyusunun (dərinliyi - 140 m) qazılması; 5 artezian quyusu üzərində xırda bölmələrin tikilməsi. Elektrik xətlərinin çəkilməsi və transformatorların quraşdırılması.
Hər biri 2 000 m3 həcmdə olmaqla 2 ədəd su anbarı.
Su Təchizatı Sistemi
Təqribən 134 000 m uzunluğunda supaylayıcı şəbəkənin çəkilməsi.
Təqribən 107 000 m2 sahədə asfalt və çınqıllı yolların bərpası.
Evlərin su ilə təchiz edilməsi və su sayğaclarının quraşdırılması - 7 600 ədəd.
Kanalizasiya Sistemi
121 000 m uzunluğunda çirkab su (kanalizasiya) şəbəkəsinin çəkilməsi.
Təqribən 110 000 m2 sahədə asfalt və çınqıllı yolların bərpası.
Ev birləşmələri - 5 250 ədəd. ("İşlər").
İcra müddəti 548 gündür.
3.Yuxarıda qeyd edilmiş bütün işlər cizgilərə və spesifikasiyalara uyğun icra edilməlidir. Su paylanması və kanalizasiya şəbəkələri üzrə işlərin bəzi hissəsi digər müqavilələr əsasında görüləcəkdir və iddiaçılar 6-cı bölmədə (tender sənədləri üzrə sifarişçinin tələbləri) verilmiş məlumatları nəzərdən keçirməlidirlər.
4. Daha ətraflı məlumat əldə etmək və tender sənədlərini nəzərdən keçirmək üçün iddiaçılar aşağıdakı ünvana müraciət etməlidirlər:
Kimə: cənab Azad Şərifov,
"AZƏRSU" nun Layihə İdarəetmə Ofisinin (LİO) Direktoru
Azadlıq prospekti, 192, AZ1130 Bakı, Azərbaycan;
Telefon: (+99412) 561 59 76, 561 68 87, 561 58 35 (daxili 103, 111)
Faks: (+99412) 561 59 76, 561 68 87, 561 58 35 (daxili 100);
Elektron poçt ünvanı: [email protected]
5. İngilis dilində tender sənədlərini əldə etmək üçün iddiaçılar aşağıda göstərilənlərə riayət etməlidirlər:
MFF-033-T2-ICB-1.01: Ağdaş şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin bərpa işlərinin tamamlanması üzrə DVD-də (PDF formatda) tender sənədləri - başlığı altında yuxarıda qeyd edilən ünvana yaza bilərlər.
İddiaçılar geri qaytarılmayan yüz (100) manat və ya 130 ABŞ dollarını aşağıdakı bank hesabına birbaşa köçürə bilərlər. İtki və gec çatdırılma üzrə heç bir məsuliyyət daşınmır.
Tender sənədlərini kuryer və öz nümayəndə vasitəsilə əldə etmək olar.
Tender Sənədləri 100 manat və ya 130 ABŞ dolları məbləğində əlavə rüsum ödənilməklə göndəriləcəkdir. İtki və gec çatdırılma üzrə heç bir məsuliyyət daşınmır.
Nəzərə alınmalıdır ki, sifarişçinin və iddiaçının sənəd nüsxələri arasında fərq olduqda sifarişçinin sənəd nüsxələrinə üstünlük veriləcəkdir.
{nl}
Benefisiarın Adı: "AZƏRSU" ASC
INTP: 9900001751
Benefisiarın Bankı: Azərbaycan Beynəlxalq Bankı
Yerli valyuta ilə hesab nömrəsi: CCS 308718 AZN 3302-01
Xarici valyuta ilə hesab nömrəsi: CCS 308718 USD 3312-01
Kod: 805250
SWIFT Kod: IBAZAZ2X
{nl}
6.Tender sənədlərini elektron köçürmə və nağd ödəniş təsdiqi qarşılığında "Azərsu"nun ofisindən əldə etmək olar. Bundan əlavə, yazılı müraciət və ödəniş etdikdən sonra "Azərsu" tender sənədlərini kuryer vasitəsilə maraqlanan tərəflərə göndərəcəkdir. Tender sənədləri yalnız çap variantında tərtib ediləcəkdir.
7.Təkliflərin təqdim olunması:
Təkliflər, tender sənədlərində göstərildiyi kimi tender zəmanəti ilə birlikdə yuxarıda göstərilmiş ünvana 30 mart 2012-ci il saat 16:00-dan gec olmamaq şərti ilə təqdim olunmalıdır.
8.Tender, təkliflərin son təqdimetmə tarixindən dərhal sonra iddiaçıların nümayəndələrinin iştirakı ilə açılacaqdır.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.