Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti aşağıdakı kotirovka sorğusunu elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti üçün arxiv otağı mebellərinin alınması ilə bağlı kotirovka sorğusu.
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti üçün arxiv otağı mebellərinin alınması ilə bağlı 26.05.2010-cu il tarixdə keçirilmiş kotirovka sorğusu verilmiş təkliflərin sayı üçdən az olduğu üçün "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Satınalmalar Komissiyası tərəfindən baş tutmamış hesab edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti arxiv otağı mebellərinin alınması ilə bağlı yeni kotirovka sorğusu elan edir.
Sorğuda iştirak haqqı 30 manatdır. İştirak haqqı Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin aşağıdakı bank hesabına köçürülməlidir:
h/h 0132090008944, kod:501004, m/h 0148010001944, VÖEN 9900071001
İddiaçılar özləri haqqında aşağıdakı sənədləri təqdim etməlidirlər:
1.Hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin surətləri (nizamnamə və dövlət qeydiyyat şəhadətnaməsi), ƏDV ödəyicisi qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri, VÖEN, bank rekvizitləri.
2.İddiaçıların fəaliyyət sahəsi üzrə iki il iş təcrübəsi və əsas müştərilər, xüsusilə də korporativ müştərilər barədə məlumatlar (müştərilərin adları və əlaqə nömrələri göstərilməlidir).
3.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq məlumat.
Yuxarıda sadalanan sənədləri təqdim etməyən iddiaçıların təklifləri qiymətləndirmə zamanı nəzərə alınmayacaq.
Əsas şərtlər toplusunu iştirak haqqının ödənilməsi barədə təsdiqləyici sənəd (qəbz) təqdim olunmaqla əlaqələndirici şəxsdən almaq olar.
İddiaçılar tərəfindən təqdim olunan qiymət təklifləri malların (işlərin və xidmətlərin) qiymət dəyərindən başqa nəqliyyat, vergi (o cümlədən ƏDV) xərcləri nəzərə alınmaqla milli valyutada göstərilməlidir.
Möhürlənmiş və imzalanmış təklif zərfləri 10 iyun 2010-cu il saat 18.00-dək Maliyyə Monitorinqi Xidmətinin inzibati binasında Satınalmalar Komissiyasının üzvü tərəfindən qəbul ediləcək. Zərflər isə 11 iyun 2010-cu il saat 10.00-da Maliyyə Monitorinqi Xidmətinin inzibati binasında açılacaq. İddiaçılar ən azı bir gün qabaqcadan səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə Satınalmalar Komissiyasına bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir.
Sorğu ilə bağlı əlavə məlumat almaq üçün 598-20-56 (daxili nömrə 231) nömrəli telefonla əlaqələndirici şəxs Zaur Hacılıya müraciət etmək olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında