Azərbaycan Respublikası Mərkəzi Bankının nəqliyyat vasitələrinə xidmət üçün

Azərbaycan Respublikası Mərkəzi Bankının nəqliyyat vasitələrinə xidmət üçün
T E N D E R E L A N I
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı nəqliyyat vasitələrinə texniki qulluq göstərilməsi üçün açıq tender keçirir. Tender proseduru 1 mart 2012-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- Azərbaycan dilində iki nüsxədə tender təklifi (tender təklifi 23 aprel 2012-ci ilədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 faizi (bir) məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının nəqliyyat vasitələrinə xidmət fəaliyyəti sahəsində korporativ müştərilərə göstərdiyi xidmətin səviyyəsini və ən azı iki illik iş təcrübəsini əks etdirən məlumatlar.
3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 29 fevral 2012-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 21 fevral 2012-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 200 (iki yüz) manat məbləğində vəsait köçürməlidirlər. Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № 0170690001944, kod 501004, VÖEN 9900071001, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.
5. Xidmətin göstərilməsinə başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən. Xidmətin göstərilməsi müddəti: 12 ay.
6. Qiymətləndirmə meyarları: xidmətin dəyəri, xidmətin göstərilməsi keyfiyyəti, zəmanət müddəti.
7. Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.
Tender üzrə əlaqələndirici şəxs: (İnzibati departamentin əməkdaşları S.Əliyev və N.Balamirzəyev).
Telefon: 515 və 567-42-55 (121).
Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında