Azərbaycan Respublikası Mərkəzi Bankı

Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasında inşa ediləcək Tam Avtomatlaşdırılmış Nağd Pul Mərkəzində "Nağd pulun İdarə Edilməsi Sistemləri"nin təchizatı və quraşdırılması məqsədilə əsas podratçının müəyyən edilməsi ilə bağlı təkliflər sorğusu üçün
B İ L D İ R İ Ş
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq özünün yeni inzibati binasında inşa ediləcək Tam Avtomatlaşdırılmış Nağd Pul Mərkəzində (bundan sonra - "Cash Center") Nağd pulun İdarə Edilməsi Sistemlərinin (bundan sonra - "MHS") satın alınması və quraşdırılması məqsədilə əsas podratçının müəyyən edilməsi üçün ixtisas uyğunluğu mərhələsini elan edir.
2. AMB üçün yaradılacaq "MHS" sistemi özündə aşağıdakı komponentləri əks etdirməlidir:
- xəzinədə avtomatlaşdırılmış Saxlanc-Qaytarma Sistemi ("AS/RS");
- xəzinədə yarım avro paleti həcmində konteynerlərin idarə edilməsi üçün dörd səviyyəli Stellaj-Saxlama Sistemi;
- xəzinədə Mədaxil-Məxaric Stansiyaları ("P/D") ;
- yarım-avro ölçülü şəffaf koneynerlər;
- avtomatik İdarə Olunan Daşıyıcı Robot Sistemləri ("AGVS");
- robot Qablaşdırıcı Sistemlər;
- bağlamalar üçün konveyer sistemi;
- palet daşıyan arabalar, avtokarlar və avtomatlaşdırılmamış xəzinə üçün paletlər;
- statik Stellajlar;
- AMB-nin Nağd pulun İdarəetmə İnformasiya Sistemi"nə ("CMS") interfeys ediləcək Avadanlığa Nəzarət Sistemi ("EMS").
3. Yalnız aşağıda göstərilən kriteriyalara cavab verən şirkətlər təkliflər sorğusunun bu mərhələsində iştirak edə bilərlər:
a)minimum bir mərkəzi bankda tam Avtomatlaşdırılmış (insansız) Saxlanc-Qaytarma Sistemini ("AS/RS") quraşdırmış olsun;
b)minimum bir mərkəzi bankda Avtomatlaşdırılmış Robot Daşıyıcı Sistemini ("AGVS") tətbiq etmiş olsun;
c)minimum bir mərkəzi bankda Avadanlığa Nəzarət Sistemini "(EMS)" tətbiq etmiş olsun;
d)yuxarıda göstərilən "AS/RS", "AGVS" və ya "EMS" sistemlərindən birini özü istehsal etmiş olsun;
e)minimum bir mərkəzi bankda yuxarıda göstərilən hər üç komponenti özündə əks etdirən "MHS" sistemini tətbiq etmiş olsun;
f)müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsinə malik olmalı;
g)son iki maliyyə ili ərzində illik dövriyyəsi minimum 10 (on) milyon AVRO təşkil etməlidir;
h)bu sənədin 2-ci bəndində göstərilən şərtlərin hər birini icra edə biləcək texniki və insan resurslarına, eləcə də müvafiq təcrübəyə malik olmalıdır;
i)satınalma müqaviləsinin sərbəst imzalanması səlahiyyəti olmalıdır;
j)aktivlərindən sərbəst və məhdudiyyətsiz istifadə imkanı, eləcə də ödəmə qabiliyyəti olmalı, müflis elan olunmamalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödənişə yönəlmiş girovu olmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxslər olmamalıdır;
k)qeydiyyatdan keçdiyi ölkədə ödənişi gecikdirilmiş vergi və digər icbari ödəniş öhdəlikləri olmamalıdır;
l)satınalma prosedurlarının başlanmasından əvvəl son 5 il ərzində peşəkar fəaliyyəti, eləcə də biznes menecerləri və əməkdaşlarının peşəkar fəaliyyəti ilə əlaqəli cinayətə görə məhkumluğun olmaması və ya satınalma müqaviləsinin bağlanması məqsədilə kvalifikasiya göstəricilərinin dürüst göstərilməməsi və ya müvafiq peşəkar fəaliyyətlə məşğul olmaq üçün məhkəmə qadağasının olmaması.
4. Maraqlı şirkətlər ixtisas uyğunluğu mərhələsində iştirak üçün yazılı müraciət təqdim etməlidirlər.
5. İddiaçılar ixtisas uyğunluğuna dair "Ərizə forması"nı 01.03.2012-ci il saat 17:00-a qədər AMB-nin inzibati binasından və ya elektron poçtla [email protected] ünvanında qeydiyyatdan keçməklə elektron variantda əldə edə bilərlər. Bu tarix/saatdan sonra heç bir sənəd təqdim edilməyəcək. Sənədlər elektron qaydada təqdim edildikdən sonra çap nüsxəsi iddiaçılara göndəriləcəkdir. Sənədlərin elektron nüsxəsi ilə çap nüsxəsi arasında uyğunsuzluq olarsa, çap nüsxələrinə üstünlük veriləcəkdir.
6. İxtisas uyğunluğuna dair tamamlanmış "Ərizə forması" və digər sənədlərlə birgə 06.04.2012-ci il, saat 18:00-a kimi möhürlənmiş zərfdə (şəxsən və ya qeydiyyatdan keçmiş poçt vasitəsilə) AMB-nin yuxarıda göstərilən ünvanına çatdırılmalıdır.
7. İxtisas uyğunluğu sənədlərinin açılışı 09.04.2012-ci il saat 15:00-da AMB-nin inzibati binasında keçiriləcəkdir.
8. İxtisas uyğunluğu mərhələsini uğurla keçən iddiaçılar 07.05.2012-ci il tarixə qədər təkliflər sorğusunun əsas şərtlər toplusunu Azərbaycan və ingilis dillərində əldə edəcəklər.
9. Təkliflərin açılışı 09.07.2012-ci il saat 15.00-da AMB-nin inzibati binasında (Azərbaycan Respublikası, Bakı şəhəri, R.Behbudov küçəsi, 32) həyata keçiriləcəkdir.
10. Təqdim olunan bütün sənədlər Azərbaycan və ingilis dillərində təqdim edilməlidir. Sənədlərin Azərbaycan və ingilis dillərində uyğunsuzluq yaranarsa ingilis dilində olan sənədlərə üstünlük veriləcəkdir.
11. Təkliflər sorğusu ilə bağlı ətraflı məlumat almaq üçün əlaqələndirici şəxsə (Surxay Həsənov, +994(12) 493-11-22 (daxili nömrə 508) nömrəli telefon və ya [email protected] elektron poçt ünvanı vasitəsilə) müraciət etmək olar.{nl}

Tender komissiyası

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında