Tərtər Rayon Mərkəzi Xəstəxanası

Tərtər Rayon Mərkəzi Xəstəxanası 2012-ci ildə səhiyyə müəssisələrinə tələb olunan ərzaq məhsullarının və dərman ləvazimatlarının satınalınması ilə əlaqədar
AÇIQ TENDER ELAN EDİR
Tender 2 Lot üzrə keçirilir:
Lot-1. Ərzaq məhsullarının satınalınması.
Lot-2. Ümumi təyinatlı dərman preparatları, vaksinlər, zərdablar və sarğı ləvazimatları. Şəkərli diabet xəstələri üçün dərman preparatları
Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunana uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi , maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lotlar üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Tərtər şəhəri, R.Mürsəlov küçəsi, 18 nömrəli ünvandan ( əlaqələndirici şəxs: Abdullayev Qərib Əli oğlu, telefon (0246- 6-12-43) ala bilərlər.
İştirak haqqı:
Lot-1. 100 manat
Lot -2. 100 manat
Təşkilat Tərtər YXO
Tərtər Rayon Mərkəzi Xəstəxanası XNK № 02046
Hesab: 32051019444500201145
VÖEN: 7200062591
Bank: "Kapital Bank" ın Tərtər filialı
Kod: 200457
VÖEN: 9900003611
Müxbir hesab: 0137010001944
SWİFT BİK AİİBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifinin 2 faizi həcmində bank təminatı ( zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış:
- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçıların tam adı , hüquqi statusu , nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16 fevral 2012-ci il saat 17:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 23 fevral 2012-ci il saat 15:00-a qədər Tərtər Rayon Mərkəzi Xəstəxanasına (ünvan:Tərtər rayonu, R.Mürsəlov küçəsi, 18) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 24 fevral 2012-ci il saat 10:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

{nl}

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında