Şriftin ölçüsü:
26.05.2010 09:44 | Oxunma sayı: 314
2010-cu ildə epizootiya əleyhinə tədbirlərin aparılması üçün bioloji preparatlar, diaqnostikumlar və alətlərin satınalınması məqsədilə açıq tender elan edir
Tender 1 (bir) Lot üzrə keçirilir:
- Lot: Vaksinlər, diaqnostikumlar və alətlər
Tender proseduru 30 iyun 2010-cu il saat 15.00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin akt zalında keçiriləcəkdir (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, məhəllə 3123).
Bioloji preparatların, diaqnostikumların və alətlərin satınalınması büdcə vəsaitləri hesabına maliyyələşdirilir. Tenderin qalibi olmuş iddiaçılar tələb olunan bioloji preparatları, diaqnostikumları və digər malları SİF Bakı şəhəri Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Təchizatı Birliyinə 2010-cu il dekabr ayının 31-nə təhvil verilməlidir.
Tenderdə iştirak etmək istəyənlər tenderin əsas şərtlər toplusunu kənd təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin:
VÖEN: 1500504901,
"Kapital Bank"ın Rabitə filialı
Kodu: 200189,
VÖEN: 9900003611,
M/H: 0137010001944, SWİFT BİK: AIIBAZ2X,
DXA-nın 7 saylı Xəzinədarlıq idarəsi, H/H 32051019441801748118,
VÖEN: 1501412631.
Lot üzrə 2000 manat və ya sərbəst dönərli valyuta ekvivalenti məbləğində iştirak haqqı ödədikdən sonra tender komissiyasının əlaqələndiricisi N.P.Abbasovdan ala bilərlər.
Ünvan: Bakı şəhəri,
Binəqədi rayonu 8-ci mikrorayon 3123-cü məhəllə,
Dövlət Baytarlıq Xidməti,
telefon (+99412) 562-01-39;
tel/faks (+ 99412) 562-66-06;
562-18-76.
Tenderin əsas şərtlər toplusu Azərbaycan və rus dillərində hazırlanacaqdır.
Tender iştirakçıları öz tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq ikiqat bağlı zərfdə 29 iyun 2010-cu il saat 18.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır.
Tender təklifi və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə "Lot №-si", "Əsli", "Surəti" və "30 iyun 2010-cu il saat 15.00-kimi açılmamalıdır" sözləri qeyd olunmalıdır.
İddiaçı bioloji preparatlar, diaqnostikumlar və alətlərlə bağlı ödənilməli olan vergi və rüsumları öz təklifində nəzərə almalıdır.
İddiaçı tender təklifinin 2 faizi həcmində, ən azı 60 bank günü qüvvədə qalan (zərflərin açıldığı tarixdən) səlahiyyətli bank tərəfindən verilmiş təminat təqdim etməlidir.
Tender təkliflərinin qiymətləndirilməsi zamanı ən sərfəli qiymətə, yüksək keyfiyyətə, müqavilənin vaxtında icra edilməsinə, iddiaçının potensial maliyyə və texniki imkanlarına, aidiyyatı işlər üzrə təcrübəsinin olmasına üstünlük veriləcəkdir.
İştirakçılar aşağıda qeyd olunan sənədləri 22 iyun 2010-cu il saat 18.00-a kimi tender keçirənə təqdim etməlidirlər.
*tenderdə iştirak etmək üçün ərizə;
*iddiaçının rekvizitləri(tam adı, hüquqi statusu, qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və lisenziyası);
*iddiaçının potensial imkanlarının olması, ixtisas göstəriciləri və əgər mümkündürsə, son 3 ildə aidiyyəti iş üzrə fəaliyyəti haqqında texniki - iqtisadi məlumatlar;
*iddiaçının son bir ildə maliyyə vəziyyəti barədə bank arayışı;
*iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub - olmaması haqqında müvafiq arayış;
*işin icrası ilə bağlı digər məlumatlar.
Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyən olunmuş vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Telefonlar: (+99412) 562-01-39;
562-66-06; 562-18-76 ;
www.tender.gov.az
{nl}
Tender komissiyası
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.