Azərbaycan Respublikası Təhsil Nazirliyi Siyəzən Rayon Təhsil Şöbəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Siyəzən Rayon Təhsil Şöbəsi
2012-ci il üçün tələb olunan ərzaq məhsullarının və bərk inventarların satınalınması ilə əlaqədar
AÇIQ TENDER ELAN EDİR
Tender 2 lot üzrə keçirilir:
Lot - 1: Ərzaq məhsullarının alınması.
Lot - 2 : Bərk inventarların alınması.
Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun göstərilən tender təkliflərini möhürlənmiş ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilələrin vaxtında yerinə yetirilməsi, maliyyə vəziyyəti.
Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçılarının lazımi texniki və maliyyə imkanları olmalıdır.
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Məmmədov Vahid. Telefon :0190- 4-00-33
Ünvan: Siyəzən şəhəri, T.İsmayılov küçəsi, 3 .
Tenderdə iştirak etmək istəyənlər Lot - 1 və Lot - 2 üçün hər biri 100 manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu , Siyəzən şəhəri, T.İsmayılov küçəsi 3 nömrəli ünvandan ala bilərlər.
Təşkilat: Siyəzən Rayon Təhsil Şöbəsi
Siyəzən YXO
Hesab: 32051019445500201155
VÖEN: 7100009511
Bank " Kapital Bank"ın Siyəzən rayon filialı
Kod: 200554
VÖEN: 9900003611
M/H 5528010000
S.W.I.F.T:BİK AIIBAZ 2 X
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər :
tenderdə iştirak etmək üçün yazılı müraciət;
tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
vergilərə, sosial sığortaya və digər borcların olmaması barədə arayış;
tender təklifi təminatı (zərflərin açıldığı gündən 30 bank günü qüvvədə olmalıdır);
tender təklifləri qiymətinin dəyərinin 1%-i həcmində bank zəmanəti (zərflər açıldığı gündən ən azı 60 bank günü qüvvədə olmalıdır );
iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında arayışı;
iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və qeydiyyatdan keçdiyi ərazi və rekvizitləri.
İddiaçılar tələb olunan sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 2012-ci il fevralın 16-sı saat 18.00-a qədər , tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2012-ci il fevralın 23-ü saat 18.00-a qədər Siyəzən Rayon Təhsil Şöbəsinə (Siyəzən şəhəri, T.İsmayılov 3 ) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Tender zərfləri 2012-ci il fevralın 24-də saat 15:00-da Siyəzən Rayon Təhsil Şöbəsinin binasında açılacaqdır.

{nl}

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında