Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz Rayon Mərkəzi Xəstəxanası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Tovuz Rayon Mərkəzi Xəstəxanası
2012-ci il üçün tələb olunan dərman preparatları, sarğı materialları, ərzaq məhsullarının satınalınması və əsaslı təmir işlərinin aparılması məqsədilə
AÇIQ TENDER ELAN EDİR

1. Dərman preparatları. Tender 2(iki) LOT üzrə keçirilir. LOT-1. Əsas dərman preparatları, sarğı materialları, reaktivlər, vaksinlər, rentgenplyonkalar LOT-2. Narkotik maddələr və psixotrop dərmanlar.
2. Ərzaq məhsulları. Tender 1 (bir) LOT üzrə keçirilir.
3. Əsaslı təmir. Tender 1 (bir) LOT üzrə keçirilir.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lotlar üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Tovuz Rayon Mərkəzi Xəstəxanasından ala bilərlər.
Dərman preparatları.
LOT- 1 200 manat, LOT- 2 100 manat
Ərzaq məhsulları.
LOT- 1 100 manat
Əsaslı təmir işləri.
LOT- 1 100 manat
Təşkilat: Tovuz rayon yerli xəzinədarlıq orqanı
HESAB: 32051019448200201182
VÖEN: 7300102661
BANK: "Kapital Bank"ın Tovuz filialı
Kodu: 200822
Müxbir Hesab: 50371550
VÖEN: 9900003611
S.W.I.F.T BİK AII BAZ 2X.
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Tenderdə iştirak etmək üçün ərizə;
tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanlarından arayış;
son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
iddiaçının tam adı, hüquqi statutsu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.
Sənədlər Azərbaycan dilində 2 nüsxədən ibarət tərtib olunmalıdır.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 30 yanvar 2012-ci il saat 17.00 -a qədər tender təklifi bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 7 fevral 2012-ci il saat 17.00 - a qədər Tovuz Rayon Mərkəzi Xəstəxanasına (Ünvan: Tovuz şəhəri, Şəhriyar küçəsi, 38) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.Təklif zərfləri 9 fevral 2012-ci il saat 12.00-da qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndəsi iştirak edə bilər.
Əlaqələndirici şəxs:Mirzəliyev Ədalət. Telefon:5-31-42
Ünvan: Tovuz şəhəri, Şəhriyar küçəsi, 38.
Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında