Şriftin ölçüsü:
15.01.2012 11:32 | Oxunma sayı: 461
Daxili Qoşunların Baş İdarəsi
2012-ci il ərzində qoşunlara dərman preparatlarının satınalınması üzrə
AÇIQ TENDER ELAN EDİR
Tender 1 lot üzrə keçirilir:
Lot-1: antibiotiklər, vitaminlər, hormonal və ümumi qrup dərman preparatları, infuzion məhlullar, sarğı və tikiş materialları, rentgen plyonkaları, sarğı otaqları və laboratoriya üçün ləvazimatlar, stomatologiyada işlənilən material və vəsaitlər, müalicə-profilaktik zərdablar, kimyəvi-profilaktika dərmanları, vaksinlər, qlobulinlər, dezinfeksiya və dezinseksiyaedici maddələr, kimyəvi reaktivlər.
İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.
Tender təklifləri "bal" sistemi ilə qiymətləndiriləcəkdir. Üstünlük veriləcək meyarlar: ən səmərəli qiymət, yüksək keyfiyyət və qrafikə uyğun malların təhvil alınması.
Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları dərman preparatlarının satınalınması üzrə peşəkarlığa, lazımi texniki və maliyyə imkanlarına malik olmalı, məhkəməyə cəlb olunmamalı, əvvəllər yerinə yetirdiyi müqavilələrə görə onlara qarşı irad tutulmamalı, cərimə tətbiq olunmamalıdır.
Dərman preparatları ayrılan maliyyə vəsaiti çərçivəsində ayda bir dəfə Qoşunların mərkəzi anbarına qəbul olunacaqdır.
Potensial imkanları olan iddiaçılar tenderin əsas şərtlər toplusunu Daxili Qoşunların Baş İdarəsinin hesablaşma hesabına:
Azərbaycan Respublikası Beynəlxalq Bankı, Mərkəzi filial
Kod: 805722
M/h: 0137010002944
VÖEN: 9900001881
S.W.I.F.T IBAZAZ 2 X
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı xəzinədarlıq idarəsi
Hesab: 33205019449328518204
VÖEN: 1700986181
DİN DQBİ-nin VÖEN-i 1500426471.
Daxili Qoşunların Baş İdarəsinin tenderində iştirak haqqı. İştirak haqqı heç bir halda geri qaytarılmır.
Aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən sonra "Şərtlər toplusunu" 15 fevral 2012-ci il tarixədək, Bakı şəh., Q.Musabəyov küç., 4 ünvanda əlaqələndirici şəxs A.Quliyevadan ala bilərlər:
LOT-1: 250 manat
İştirak haqları heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak etmək istəyən bütün iddiaçılar aşağıdakı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:
tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrəsi, rəhbərinin adı və soyadı göstərilməklə imzalanmış və möhürlənmiş olmalıdır);
iştirak haqqının ödənilməsi barədə sənəd;
tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır, daha az qüvvədə olma müddətinə malik tender təklifləri baxılmadan kənarlaşdırılacadır);
tender təklifi qiymətinin 2 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur, daha az məbləğ təqdim edən iddiaçıların təkliflərinə baxılmayacaqdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
analoji işlərdə təcrübəsi, iddiaçının potensialı, texniki və kadr imkanları haqqında rəsmi məlumat;
iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Tenderdə iştirak etmək istəyən iddiaçılar yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 15 fevral 2012-ci il tarixdən gec olmayaraq DQBİ-yə təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini bir ədəd əsli, bir ədəd surəti və tender təklifinin təminatını ikiqat zərfə qoyaraq imzalanmış, möhürlənmiş şəkildə 25 fevral 2012-ci il tarixdə saat 17.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan iddiaçılara qaytarılacaqdır. Zərfin üzərinə "27 fevral 2012-ci il tarixə kimi açılmamalıdır " sözləri yazılmalıdır.
Təklif zərfləri 27 fevral 2012-ci ildə saat 16.00-da DQBİ-də açılacaqdır.
Əlavə məlumatları əlaqələndirici şəxslər N.Hüseynovdan və A.Quliyevadan əldə etmək olar.
Tender proseduru "Dövlət satıınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.
Telefonlar: 569-95-10
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.