Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Naftalan Şəhər Xəstəxanası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Naftalan Şəhər Xəstəxanası
2012-ci il üçün tələb olunan dərman preparatlarının və sarğı materiallarının satınalınması ilə əlaqədar
AÇIQ TENDER ELAN EDİR
Tender 1 lot üzrə keçirilir.
LOT-1. Dərman preparatları və sarğı materiallarının satınalınması.
Mallarla təchizat işinin yerinə yetirilməsi müddəti ilin sonunadəkdir.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər Lot üzrə 100 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Naftalan Şəhər Xəstəxanasından ala bilərlər (əlaqələndirici şəxs: İsmayıl Muradov tel: 0255 2-30-23)
Naftalan Şəhər Xəstəxanası
Naftalan YXO
Hesab: 32051019445600201156
VÖEN: 2800017031
Bank: "Kapital Bank"in Naftalan filialı
Kod: 200565
VÖEN: 9900003611
Müxbir hesab: 5648010000
S.W.I.F.T BIK - AİİBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış (arayışların tarixləri tender elanından sonra olmalıdır);
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
- Dərman preparatları və sarğı materialları, psixotrop dərmanlar, şəkər əleyhinə dərmanlar, rentgen plyonkaları, laborator reaktivlər və tibbii alətlər təklif edən iddiaçılar müvafiq mallar üzrə (tələb olunarsa) mənşə sertifikatı, keyfiyyət vərəqəsi və müvafiq dövlət orqanları lisenziyalarını təqdim etməlidirlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 17 fevral 2012-ci il saat 15.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş, ikiqat zərfdə 24 fevral 2012-ci il saat 15.00-a qədər Naftalan Şəhər Xəstəxanasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 27 fevral 2012-ci il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında