Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti İsmayıllı Suvarma Sistemləri İdarəsi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti İsmayıllı Suvarma Sistemləri İdarəsi
AÇIQ TENDER ELAN EDİR
Tender 6 lot üzrə keçirilir:
Lot 1 - Əsaslı təmir işlərinin yerinə yetirilməsi üçün mal-materialların satınalınması.
Lot 2 - Əsaslı təmir üçün iş və xidmətlərin yerinə yetirilməsi.
Lot 3 - Cari təmir işlərinin yerinə yetirilməsi üçün mal-materialların satınalınması.
Lot 4 - Cari təmir üçün iş və xidmətlərin yerinə yetirilməsi.
Lot 5 - Çay məcralarının təmizlənməsi işlərinin satınalınması.
Lot 6 - Maşın-mexanizmlərin cari təmiri üçün ehtiyat hissələrinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üzrə 30 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu İsmayıllı şəhəri, M.Müşviq küçəsi, 10 nömrəli ünvanda yerləşən İsmayıllı Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs: M.Yusifov, telefon: 0178-5-12-81) ala bilərlər.
Təşkilat: İsmayıllı SSİ
VÖEN: 5400089601
Hesab: 32051019447800201178
VÖEN: 5400017821
Bank: "Kapital Bank" İsmayıllı filialı
Kod: 200781
VÖEN: 9900003611
M/H: 0137010001944
S.W.İ.F.T: AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
tenderdə iştirak etmək üçün yazılı müraciət;
tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
digər sənədlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2012-ci il yanvarın 18-i saat 18.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2012-ci il yanvarın 24-ü saat 18.00-a qədər İsmayıllı şəhəri, M.Müşviq küçəsi, 10 nömrəli ünvanda yerləşən İsmayıllı Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2012-ci il yanvarın 25-də saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında