Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Beyləqan Rayon Mərkəzi Xəstəxanası 2012-ci il üçün tələb olunan dərman preparatları və sarğı ləvazimatlarının satınalınması ilə əlaqədar açıq tender elan edir

Tender 3 (üç) Lot üzrə keçirilir.
Lot-I. Psixotrop, zərdab, vaksin, rentgen və flüoroqrafiyada işlənən malların satın alınması.
Lot-II. sarğı materiallarının, tibbi ləvazimatların və ümumi dərman preparatlarının satın alınması.
Lot-III. Şəkərli və şəkərsiz diabetdə işlənən dərman preparatlarının satın alınması.

Dərman və sarğı ləvazimatları ilə təchiz olunma müddəti 1 ildir.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər üç Lot üzrə ümumi məbləğin 0,1 faizi həcmində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Beyləqan şəhəri, S.Qazıyeva küçəsi, 21 nömrəli ünvandan (əlaqələndirici şəxs: Mədətov L.İ.
Tel: 51-4-62)
ala bilərlər.
Təşkilat: Beyləqan MRX Beyləqan rayon YXO
Hesab: 132050000
VÖEN: 3900204011
Bank: "Kapital Bank"ın Beyləqan filialı
Kod: 2004002
VÖEN: 3900003611
Müxbir hesab: 4028010000
S.W.I.F.T.BIK ALL BAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar (arayışların əsilləri və tarixləri tender elanından sonra olmalıdır);
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Forma 1 və Forma 2);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət Satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 22 dekabr 2011-ci il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş və imzalanmış ikiqat zərfdə 29 dekabr 2011-ci il saat 17.00-a qədər Beyləqan rayon Mərkəzi Xəstəxanasına (ünvan: Beyləqan şəhəri S.Qazıyeva küçəsi, 21) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçının təklifləri 30 dekabr 2011-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

{nl}

Tender komissiyası

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında